SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ölkədə doğulan oğlan uşaqlarının sayı qızların sayını üstələdi

Ölkədə doğulan oğlan uşaqlarının sayı qızların sayını üstələdi

Tarix:

16-11-2017, 14:46

/ 1 622 dəfə oxundu.
Ölkədə doğulan oğlan uşaqlarının sayı qızların sayını üstələdi

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-sentyabr aylarında ölkə üzrə 107 min 459 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edib.

Məlumata görə, doğulan körpələrin 53,1%-i oğlan, 46,9%-i isə qız uşaqlarından ibarət olub.

Körpələrdən 1918-i əkiz, 33-ü üçəm doğulanlardır.

Bununla yanaşı, cari ilin 9 ayı ərzində ölkədə 43089 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.

Şərhlər

XƏBƏR LENTİ