SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Əbülfəz Məlikov-Anar Allahverdiyev cütlüyü prezidenti necə satdı? – Avropada gizli görşlər + VİDEO

Əbülfəz Məlikov-Anar Allahverdiyev cütlüyü prezidenti necə satdı? – Avropada gizli görşlər + VİDEO

Tarix:

15-11-2017, 11:48

/ 1 549 dəfə oxundu.
Əbülfəz Məlikov-Anar Allahverdiyev cütlüyü prezidenti necə satdı? – Avropada gizli görşlər + VİDEO

Azərbaycanın gömrük sistemində fəaliyyət göstərən "Broker" MMC adlı şirkətlə bağlı mətbuatda zaman-zaman qalmaqallı xəbərlər yayılır. Düzdür, bu məlumatların bir çoxu sonradan "müəmalı şəkildə" yoxa çıxır. Amma milyardların dövr etdiyi bu şirkətlə bağlı kiçik bir araşdırma aparanda ortaya kifayət qədər ciddi faktlar çıxır. Savash.org olaraq təqdim etdiyimiz bu materialda da ilginc məqamlardan söhbət gedir.

“Broker Əbülfəz” yaxşı, prezident pisdir?
Azərbaycan məmurlarının şəxsi maraqları hər şeydən üstün tutması, öz mənafeləri naminə mənsub olduqları komandaya xəyanət etdikləri haqda onlarca fakt var. Bu dəfə isə Savash.org olaraq sizə “Broker” MMC-nin rəhbərliyi – Əbülfəz Məlikov və Anar Allahverdiyevin siyasi xəyanətindən bəhs edəcəyik. Söhbət gömrükdə talanan milyonların bu iki şəxsin media qorunmasına yönəlməsindən gedir. Əslində bunu normal qəbul etmək olar. Amma bu qorunma zamanı hakimiyyəti, xüsusilə ölkə rəhbərinin və onun yaxın ətrafının maraqlarının düşünülməməsindən, əksinə bu maraqlara zidd addım atılmasından gedir.
Hər kəsə bəllidir ki, Azərbaycanda bahalaşmanın əsas səbəbi gömrük rüsumlarının və vergi dərəcələrinin yüksək olması, o cümlədən monopoliyanın güclü olmasıdır. Son yağ bahalaşmasında da bu faktor mühüm rol oynamışdı. Bir fakt da mediada geniş yayılıb ki, ölkədə kərə yağının istehsalı məhdud çərçivədə olduğu üçün bu məhsul ölkəmizə əsasən Yeni Zelandiya, Rusiya, Avstraliya, Ukrayna və Pribaltika ölkələrindən idxal edilir. Bu biznes “broker Əbülfəz” kimi tanınan Əbülfəz Məlikovun monopoliyasındadır. Bu mediada dəfələrlə qeyd edilib. İndi isə gəlin hakimiyyətə, ölkə rəhbərliyinə və şəxsən prezidentə qarşı sərt mövqedə olan bir telekanalda Əbülfəz Məlikov haqda yaradılan “mələk” obrazına diqqət edək:
Bizcə əlavə şərhə ehtiyac yoxdur. Sadəcə onu bildirək ki, Savash.org –a daxil olan məlumata görə, “Broker Əbülfəz”lə prezidentə qarşı olan qüvvələrin anlaşması ötən ilin oktyabrında Bakıda baş tutub və bu anlaşmada söhbət 4 sıfırlı rəqəmdən gedir. Məlumata görə, anlaşmada göstərilən çatdırılmanı isə “Broker” MMC-nin kilid isimlərindən biri də Anar Allahverdiyev Avropada həyata keçirir. İndi isə bütün bunlardan sonra Əbülfəz Məlikov və Anar Allahververdiyevlə bağlı bəzi məqamlara nəzər yetirək.
“Broker MMC” –nin rəhbəri Əbülfəz Məlikovun korrupsiyalaşmış fəaliyyəti barədə verilən məlumatların həqiqətə əsaslandığına şübhə yoxdur. Maraqlı faktlardan biri isə odur ki, “Gömrük imperatoru” düşmənlərimizlə gizli işbirliyi quraraq dövlətə xəyanət edir. Ə.Məlikovun ermənilərlə qohum olması barədə mediada məlumatlar gedib. Lakin, bu qohumluq münasibətlərinin gizli tərəfləri açıqlanmır. Realliq.info qeyd edir ki, Əbülfəz Məlikov Rusiyada biznesmen kimi tanınan ermənilərlə sıx işbirliyindədir. Hətta onların ölkədən kənarda şərikli biznesləri də var. Məslənin əsl mahiyyəti isə xaricdə yerləşən erməni şirkətlərinin məhsullarının Azərbaycana daşınmasıdır. Məhz bu yolla ermənilərə böyük miqdarda qazanc verən Ə.Məlikov ölkə sahibkarlarını da istiqamətləndirir.

Əbülfəz Məlikovun erməni bağlantısı

Hər şeydən öncə onu bildirək ki, həm Əbülfəz Məlikov, həm də Anar Allahverdiyevin tərcümüyi halında kifayət qədər müəmmalı məqamlar var. Bu haqda mediada yer alan məlumatları da Savash.org olaraq diqqətinizə çatdırırıq: “Sovetlər dönəmində Nəsimi rayonu ərazisində yerləşən “Pioner” kinoteatrının yanında qastronom mağazası fəaliyyət göstərirmiş. Həmin qastronomun müdiri əslən Gəncədən olan İsmayıl adlı şəxs olub. İsmayıl kişinin qastronomunda erməni millətindən olan Raisa Ovanesyan adlı bir qadın satıcı işləyirmiş. Raisa təcrübəli satıcı olduğu üçün o qastronomda İsmayılın sağ əli sayılırdı. Raisanın yanında isə köməkçi kimi öz ticarət fəaliyyətinə başlayan və əslən Şamaxıdan olan Əbülfəz adlı cavan bir oğlan var idi. Bu cavan şamaxılı balası Raisa Ovanesyan və onun gənc qızı Rena ilə dostluq edirdi. Bu dostluq sonra qohumluğa və böyük bir işbirliyinə çevrildi. Hətta Rena Ovanesyan dönüb Rena Məlikova oldu.
Düzdür, apardığımız araşdırmaların nəticəsinə görə “qəhrəman”ımız hazırda kağız üstündə subaydır, ancaq… Apardığımız araşdırma nəticəsində o da məlum oldu ki, Raisa Ovanesyan və Rena Məlikova hazırda Bakı şəhərində yaşayırlar. Olsun. Onsuz da Azərbaycanda 30 min erməni əsilli gəlin yaşayır. Rena da olsun otuz min birinci. Hətta Rena Ovanesyanın 2 oğul anası olması da məlumdur. Bunu da haradasa qəbul etmək olar. Baxmayaraq ki, ermənilərlə hazırda müharibə vəziyyətindəyik. Ancaq bir şeyə heç cür dözmək və yazmamaq olmur. Bir müddət öncə isə bir həmyerlimiz Moskvadan Minvoda təyyarə ilə dincəlməyə uçarkən təyyarədə bir Moskva ermənisi olan Ara Abramyanla tanış olur. Söhbət Azərbaycandan düşəndə Ara deyir ki, , mənim bacım Raisa Ovanesyan, onun qızı Rena da Bakıda yaşayırlar, kürəkənim də azərbaycanlıdır. Ara öz kürəkənindən xeyli razılıq edib və deyib ki, yeznəm Bakıda nazirdir. Xeyli təəccüblənən həmyerlimiz soruşub ki, yeznəniz hansı sahəyə rəhbərlik edir? Ara Abramyan cavab verib ki, “monopoliya naziri”dir. Sonra Ara danışıb ki, “Moskvada bütün ərzaq məhsulları istehsalı ilə məşğul olan müəssisələr bizim əlimizdə cəmləşib”. Onun sözlərinə görə, “Monopoliya naziri” olan “yeznə” Moskvaya gələn kimi Azərbaycan üçün ərzaq məhsullarını sifariş edir. “Biz də ona bu işlərdə öz köməkliymizi əsirgəmirik, axı o bizim yeznəmizdir”, – deyə Ara Abramyan bildirib. A.Abramyanın kim olması da oxucularda sual doğura bilər. Belə ki, Ara Arşaviroviç Abramyan da Moskvada “ermənilərin naziri” hesab olunur. Belə ki, erməni diasporunun lideri olan bu şəxsin müxtəlif biznes sahələrinə nəzarət etdiyi və hətta Azərbaycana qədər də əlinin uzandığı barədə iddialar var. Maraqlıdır, Abramyanın “əlini” Azərbaycana buraxan, onun pul kisəsini doldurmağa yardımçı olanlar kimdir?
Dövlətin milyonlarını, daha doğrusu milyardlarını ermənilərə daşıyan Əbülfəz Məlikovun gizli fiqurları siyahısında Allahverdiyivin adına az rast gəlinmir.

Anar Allahverdiyev kimdir?

Əslən Şamaxı rayonundan olan Anar Allahverdiyev “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun xalası oğludur. Onun “Broker” MMC-nin “kassiri” və Əbülfəz Məlikovun ən etibarlı, inamlı adamı olduğu bildirilir. Anar Allahverdiyevin “Broker” MMC-nin hesabına milyonlarla manat dəyərində mal-mülkə sahib olması və əldə etdiyi pullarını istədiyi kimi, əsl Ərəb şahzadələri kimi xərclədiyini demək olar. Anar Allahverdiyevin tez-tez ABŞ-a səfər etdiyi və Lon Anclesdə Əbülfəz Məlikovun “bəzi işlərini” görüdüyü deyilir. İddiaya görə, o, Amerikada Əbülfəz Məlikova məxsus çirkli pulların yuyulması və başqa ölkələrə gizli investisya qoyulması prosesində iştirak etdiyi deyilir. Məlumatda qeyd olunur ki, Əbülfəz Məlikov “Broker” MMC-nin əli ilə əldə etdiyi milyonlarla manat vəsaitləri xalası oğlu, ən inandığı adamına etibar edib.
Ermənilərlə və ABŞ-da olan erməni lobbisi ilə əlaqələr məhz Anar Allahverdiyev vasitəsilə qurulur. Əbülfəz Məlikovun xalası oğlunın erməni lobbisini maliyyələşdirməkdə adı keçir və onun haqqında ciddi ittihamlar səslənməkdədir. Bu barədə növbəti yazıda…

Şərhlər

XƏBƏR LENTİ