SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Qamət Süleymanovdan sabiq müavini ilə bağlı şok sözlər - Adil Rəcəbov dövlətə baş qaldırıb?

Qamət Süleymanovdan sabiq müavini ilə bağlı şok sözlər - Adil Rəcəbov dövlətə baş qaldırıb?

Tarix:

14-11-2017, 22:05

/ 18 868 dəfə oxundu.
Qamət Süleymanovdan sabiq müavini ilə bağlı şok sözlər - Adil Rəcəbov dövlətə baş qaldırıb?

Azərbaycanda sələfi camaatının lideri saylan Qamət Süleymanov vaxtilə ən yaxın adamı olmuş Adil Rəcəbov haqqında ifşaedici fikirlər səsləndirib.
Yenicag.az xəbər verir ki, Qamət Süleymanov ona Adil Rəcəbov haqqında ünvanlanmış suala YouTube-da yayımladığı səsli cavabda keçmiş həmfikrini riyakarlıqda ittiham edib:
“İnsanda həya yaxşı şeydir. Necə yəni kimə deyib? O, bu barədə mənə deyib, mnədən qabaq nə qədər adam deyib. Belə adamlara fikir vermək lazım deyil, inanmayın onlara. Sözüm yoxdu, vəssalam. Adam desəydi ki, belə fikirlər olub, sonra bəhs elədim, oturub bu məsələni alimlərlə müzakirə etdim, gördüm ki, əhli-sünnənin rəyi budur və Əlhəmdülullah, mən köhnə fikrimdən qayıdıram, kim mənə bu fikri nisbət eləsə, artıq xətadır, yalançıdır, onu mənə aid eləməyin. Əgər belə desəydi, ona hörmətim artardı. Ancaq durub utanmadan “Heç vaxt belə deməmişəm” söyləmək – yalançıdır.
Mən özüm eşitmişəm, hələ məndən də əqabaqda nə qədər qardaşlar var. Sadəcə, bunlara fikir verməyin”. Ölkə sələfilərinin lideri Qamət Süleymanov “Əbubəkr” məscidinin fəaliyyətdə olduğu müddətdə özünün ən yaxın adamı olmuş Adil Rəcəbov barəsində belə kəskin ifadələr işlətməsi təəccüb doğurmaya bilməz.
Bununla belə, Süleymanovun bu addımı atması və sosial şəbəkədə Rəcəbovu bu sayaq ifşa etməsi hər halda, sonuncunun fəaliyyətində kriminal və dövlət əleyhinə çıxış məqamlarının güclənməsi ilə izah oluna bilər.
Eyni zamanda, bir müddət əvvəl Süleymanovla bağlarını qoparan Rəcəbovun daha sonra radikallarla birləşərək, sələfilər daxilində üstünlüyü ələ almaq cəhdi, hətta bu çərçivədə yeni tərəfdaşı ilə birgə fətvalar verməsi də Süleymanovu bu duetə qarşı əks-həmləyə sövq etməliydi. Rəcəbov və digər radikalların İraq-Şam İslam Dövləti (İŞİD) terror şəbəkəsinin təbliğatına başlaması, yüzlərlə azərbaycanlı gəncin Suriya müharibəsinə qoşulmasına səbəb olmuş gizli fətvalar verməsinin üzə çıxması Süleymanov hərəkətə keçmək məcburiyyətinə gətirib.
Bu şəxslərin Suriyaya dair fətvalarından sonra öz fəaliyətlərində daha da irəli gedərək, Azərbaycanın dövlət başçısını kafir görməsindən sonra isə Süleymanov açış şəkildə Rəcəbova qarşı cəbhə açıb. O baxımdan, Süleymanovun keçmiş tərəfdarı Rəcəbovun yuxarıda qeyd olunan əməlləri barəsində sosial şəbəkələrdə açıq və kəskin formada danışması başlanmış “savaş”ın ilk ciddi “bombardman”ı sayılmalıdır. Rəcəbovun bioqrafiyasındakı keşmiş və indiki məqamlar haqqında geniş məlumatı olan, onun hansı ölkələrdə radikal dini qruplar tərəfindən idarə edildiyini bilən Süleymanovun bu istiqamətdə açıqlamalarının davamı yəqin ki, gələcək.

Hər halda, “pərdə”nin sona qədər qaldırılmalı olduğunu Süleymanov da başa düşür…

Şərhlər

XƏBƏR LENTİ