SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Doğuşdan sonra seksdən həzz almayanların etdirdiyi əməliyyat - Vaginoplastika nədir?

Doğuşdan sonra seksdən həzz almayanların etdirdiyi əməliyyat - Vaginoplastika nədir?

Tarix:

14-11-2017, 13:53

/ 30 490 dəfə oxundu.
Doğuşdan sonra seksdən həzz almayanların etdirdiyi əməliyyat - Vaginoplastika nədir?

Vaginoplastika əməliyyatı yaxın illərdə xeyli məşhurlaşıb. Klinikaların bu sahə üzrə xidmət təklifləri barədə reklamları da xanımların müraciətlərinin artmasında rol oynayıb. Lakin bu barədə sadəcə reklamlardan eşidib, qorxduqları üçün əməliyyatı rədd edənlərin sayı da az deyil.

Məlumata görə, medicina.az vaginoplastika nədir və nə zaman edilə bilər suallarına cavab tapmaq, xanımlara yardımçı olmaq üçün bu barədə araşdırma aparıb.

Təbii doğuş zamanı vagina elastikləşib genişlənir, uşağın başı çıxarkən vagina divarlarında cırıqlar yaranır. Çətin, təkrar doğuşlardan sonra vaginanın elastik quruluşu hətta daimi olaraq korlana da bilir. Bu vəziyyətdə cinsi münasibət zamanı tərəflərin qarşılıqlı olaraq zövq alması mümkünsüzləşir.

Bəzi hallarda doğmamış qadınların da vaginası elastikliyini itirə bilir. Vaginanın elastikliyini bərpa etmək istəyən xanımların üz tutduğu bir çox üsullar var ki, onlardan biri də vaginoplastikadır.

Vaginoplastika vaginanın (uşaqlıq yolunun) daralmasını və bərpa olunmasını təmin edən cərrahi əməliyyatdır.

Əməliyyat zamanı artıq olan vaginal dəri çıxarılır, vaginanın ətrafında olan yumşaq toxuma və əzələlər bərpa olunur - nəticədə uşaqlıq yolu daraldılır.

Doğum zamanı vagina və onun ətraf toxuması genişlənir. Doğumdan sonra vagina daha normal vəziyyətə qayıdır, lakin heç vaxt doğumdan əvvəlki vəziyyətə qayıtmır. Doğum sayları artdıqca vaginadakı genişlənmə daha da artır. Vaginal genişlənmə ilə yanaşı vagina divarının selikli qişasının sallanması meydana çıxır.

Vaginoplastika əməliyyatı nəticəsində vagina və vaginanın ətraf toxumanın daraldılması və doğumdan əvvəlki vəziyyətin əldə olunmasına nail olunur.

Mövzu ilə bağlı medicina.az-a açıqlama verən ginekoloq Firuzə Cəfərzadə bildirib ki, vaginoplastika üçün adətən orta yaşlı və daha çox doğum edən qadınlar müraciət edirlər. Ginekoloqun sözlərinə görə, hər doğumdan sonra uşaqlıq yolu genişlənir, əzələlər zəifləyir. Bu səbəbdən 2-3 doğum etmiş xanımlar bu əməliyyat üçün daha çox müraciət edənlər sırasındadır.

Bəs hansı hallarda vaginoplastika zəruridir?

F. Cəfərzadə qeyd edib ki, bəzi qadınlar vaginoplastikanı məcburən etməli olurlar.

"Bəzən qadınlarda uşaqlıq yolunun divarının çox sallanması, sidiyi saxlamamaq kimi vəziyyətlər olur. Bu zaman artıq əməliyyat etdirmək qadınlar üçün şərt olur”, - deyə mütəxəssis vurğulayıb.

Bu əməliyyata ehtiyac qalmasın deyə nə etməli?

Ginekoloq bunun üçün idmanın vacibliyini qeyd edib:

"Çanaq dibi, uşaqlıq yolu əzələlərinin bərpası üçün xüsusi idman hərəkətləri var. Sırf bunlar aralıq əzələlərini möhkəmləndirmək üçün olan hərəkətlərdir. Hər doğuşdan sonra edilməlidir. Qeyd edim ki, bu hərəkətlər profilaktika üçün əvvəlcədən edilməlidir ki, belə halların qarşısı alınsın. Təbii ki, doğuşdan öncəki vəziyyət kimi olmayacaq, amma ən azından sidik qaçırma kimi hallar da olmayacaq”.

Qeyd edək ki, vaginal mukozanın ümumiyyətlə tez sağalan bir xüsusiyyəti var. Ancaq hər ehtimala qarşı həkiminiz nəzarət etdikdən sonra təxminən üçüncü həftədən cinsi münasibətə başlaya bilərsiniz.

Şərhlər

XƏBƏR LENTİ