SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Deputat özünü reklam edir: Mahir Abbaszadədən faktlar

Deputat özünü reklam edir: Mahir Abbaszadədən faktlar

Tarix:

14-02-2017, 00:55

/ 1 851 dəfə oxundu.
Deputat özünü reklam edir: Mahir Abbaszadədən faktlar

Laçının deputatı öz reklam piarını aparır. Mahir Abbaszadə sosial şəbəkələrdə fəaliyyətini mədh etdirir

Məlumata görə, millət vəkili nə seçiciləri ilə görüşür, nə Feysbukda onların problemlərini yazır.

Məsələn, deputat Fazil Mustafa apteklərdə dərman qıtlığına görə etiraz etmişdi. M.Abbaszadə isə sosial məsələlər barəsində susmağa üstünlük verir. Onun prezidentin fəaliyyətini deyil, özünü reklam etməsi sosial şəbəkə istifadəçiləri tərəfindən ikrahla qarşılanır.

Ölkəmizin qazandığı uğurlar, şəhid Çingiz Qurbanovun girovluqdan alınması, aprel savaşı, Cocuq Mərcanlıda görülən işlər, Lapşinin ekstradisiyası bir yana qalıb, Laçının deputatı piarını aparır.

Deputat Feysbukda müxtəlif qruplar və səhifələr açdırır, onun təlimatı üzrə təhkim olunmuş şəxslər fəaliyyət göstərir, piarını aparır.

Həmin qruplarda deputat kimi gördüyü (?) işlər təbliğ olunur, reklamı gedir, təriflər yağır. İlin-günün bu vaxtında məmurun özünü təbliğ etməsi başadüşülən deyil.

Heç bir deputat və ya qurum rəhbəri Feysbukda piarla məşğul olmur. M.Abbaszadə isə prezidentin həyata keçirdiyi işləri və ölkə ilə bağlı məsələləri təbliğ etdirmək yerinə özünü reklam etdirir.

Məlumata görə, deputat Mahir Abbaszadənin Laçının 75.100 nəfər əhalisi olduğunu yadından çıxarıb.

Onun Laçından 6 ay ərzində cəmi 47 nəfərin müraciət etdiyini deməsi saxta və gülünc doğuran rəqəmdir. 6 aya 75.100 nəfər əhalisinin 47 nəfəri deputata müraciət edibsə və həmin 47 nəfərdən 50% -nin problemini həll edibsə, onda deputat kimi fəallıqdan danışmaq olmaz.

Onun fəallığı biznes işlərində müşahidə olunur. Seçki dövründə də biznesindən babat pul xərcləmişdi. Mahir Abbaszadə 27 oktyabr 1975-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetini iqtisadi nəzəriyyə müəllimi ixtisası üzrə bitirib.

1997-ci ildə Güzdək Tikinti materialları Kombinatında kadrlar şöbəsinin rəisi, 2001-2003-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filalında xidmət bölməsi üzrə mütəxəssis, 2003-2004-cü illərdə "Zaminbank" ASC-nin "Gənclik" filalında mühasib, xəzinə müdiri, 2004-cü ildən isə həmin filalın müdiri işləyib. Sonra bankın lisenziyası ləğv olunub. Onun Güləbirddən olması hansı siyasi klanla bağlı olduğunu aydınlaşdırır.

Qarşı tərəfi dinləməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ