SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Novruz Aslan seçicilərini necə müdafiə edir?

Novruz Aslan seçicilərini necə müdafiə edir?

Tarix:

14-02-2017, 00:50

/ 1 783 dəfə oxundu.
Novruz Aslan seçicilərini necə müdafiə edir?

Novruz Aslan qədər seçiciləri ilə intensiv görüşən millət vəkili yoxdur

Bunu İsmayıllı sakinləri də təsdiqləyir, elektron mediada tez-tez yayılan xəbərlər və fotolar da.

N.Aslan seçkidən-seçkiyə görünən millət vəkillərindən deyil. Seçicilərin tez-tez görüşünə gedən və onların problemlərini dinləyən deputat ona edilən müraciətlərə çox həssas yanaşır.

Deputat bu günə kimi ona müraciət edən heç bir vətəndaşa arxa çevirməyib, bir millət vəkili kimi imkan daxilində əlindən gələni əsirgəməyib.

Elə seçiciyə də nə lazımdır? - səs verib seçdiyi deputatının ona diqqəti, problemlərinin həllinə vasitəçiliyi. Deputat nə yol çəkən, nə işə düzəldən, nə də bina təmir edəndir.

Onun vəzifəsi aidiyyatı orqanlar qarşısında məsələ qaldırmaqdır. Bu baxımdan İsmayıllı seçiciləri N.Aslandan çox razıdırlar. Novruz Aslan 2005-ci ildən Milli Məclisin deputatıdır.

2007-ci ildə “Parlament Jurnalistləri” İctimai Birliyi tərəfindən təsis olunmuş “seçici hüquqlarını müdafiə edən ən fəal millət vəkili” adına layiq görülüb. Bu faktın özü təsdiqləyir ki, parlament jurnalistləri onu 124 həmkarından müsbət mənada fərqləndirib.

N.Aslan bu gün də seçicilərin hüquqlarını müdafiə edir, sosial məsələləri ilə maraqlanır. Onu da deyək ki, 2009-cu ildə Milli Məclisdə göstərdiyi fəaliyyətə görə “Qızıl Buta” mükafatına layiq görülüb.

Yusif Məmmədəliyev adına medala layiq görülüb və respublikanın sosial ictimai həyatındakı xidmətlərinə görə 2005-ci ilin fevralın 28-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Tərəqqi” medalı, 4 mart 2010-cu ildə isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Yəni, həm dövlətdən, həm seçicidən medal almış, qiymətləndirilmiş deputatdır.

Hər həftə görüşünə gələn insanların dərd-sərini səbrlə dinləyib, hər birinə lazım olan köməkliyi göstərmək çox böyük işdir.

N.Aslanın daha bir yaxşı keyfiyyəti isə jurnalistlərin də ürəyini fəth edə bilməsidir. Heç zaman onlardan qaçmır. Onların istənilən məsələ ilə bağlı suallarını cavablandırmağa çalışır.

Şərhlər

XƏBƏR LENTİ