SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Buzovnadakı 26 saylı orta məktəbdə Fərzəli Qədirov “sistem”i

Buzovnadakı 26 saylı orta məktəbdə Fərzəli Qədirov “sistem”i

Tarix:

10-11-2017, 11:16

/ 100 842 dəfə oxundu.
Buzovnadakı 26 saylı orta məktəbdə Fərzəli Qədirov “sistem”i

Orta təhsil müəssisələrində təlim-tərbiyyənin yaradılması, davamiyyətin dayanıqlı olması, valideyn və müəllimlərdən alınan aylıq 1-5 manatların ləğv edilməsi zaman-zaman günün ən aktual mövzularından olub. Təbii ki, ölkənin bəzi məktəblərində bu problemlər demək olar ki, aradan qaldırılıb. Əksər məktəb direktorlarının yaratdığı daxili nizam-intizam, ən əsası direktor müavinlərinin bu prossesdə yaxından iştirakı vəziyyəti normallaşdırıb.
Lakin, paytaxtın elə məktəbləri var ki, burada hələ də sadaladığımız qaydalar tamam axsaqdır, hər gün geriləməkdədir. Bunlardan biri kimi Bakının Xəzər rayonu, Buzovnadakı İftixar Tağıyev adına 26 saylı orta məktəbin adını çəkmək olar.
Son 2 ildə sözügedən məktəbin adı müxtəlif qalmaqallarda hallandı, 2 direktor dəyişdirildi. Amma çi fayda, yenə köhnə problemlər oz yerində saymaqdadır. Yenə məktəbdə eyni hava ifa olunur…

Bu barədə bir qədər sonra…

26 saylı orta məktəbdə nə az nə çox düz 6 təlim-tərbiyə işləri üzrə müavin var… Müavinlərdən biri Susilə Abbasovanın düz 66 yaşı var. Çoxdan pensiya yaşı çatmasına baxmayaraq, hələ də direktor müavinidir. Son 3 ildir ki, xahişlə müqavilə formasında çalışır.
Məktəbdə daha bir “məhşur” şəxs var. Fazilə Əliyeva… Bu şəxs direktorun tərbiyə işləri üzrə müavini yox, təşkilatçısıdır. Maraqlı vəzifədir – direktorun tərbiyə işləri üzrə təşkilatçısı…(?) Belə başa düşək ki, Fazilə Əliyevanın işi şagirdlərin tərbiyəsinin təşkili (?) ilə məşğul olmaqdır. Amma, Fazilə Əliyevanın əsas vatxı bütün günü şagirlərin üstünə qışqırmaq, 1 dəqiqə məktəbə geçikən şagirdi saatlarla qapıda saxlamaq, təhqir etmək və ən pisi valideynlə şagirdi fərqləndirə bilməməklə keçir. Valideynlərlə kobud rəftarına görə, hər kəsin “sevimlisinə” çevrilən Fazilə Əliyeva elə başa düşür ki, etdikləri doğrudur. Amma, düşünmür ki, səs qaldırmaqla, məktəbin qapılarını bağlayıb şağirdi saatlarla çöldə saxlamaqla tərbiyələndirmək, təlim-tərbiyyə yaratmaq mümkün deyil və onun etdikləri qaydalara tamam ziddir.
Əvvəlki direktor Natiq Səmədovun zamanından qalan, məktəbi oz “qabiliyyətləri” ilə idarə edən bəzi müavinlər sözün əsl mənasında şagird və valideynləri təngə gətirib. Şagird və valideynlərlə kobud rəftar, məktəbin “həbsxana”ya bənzər formada idarə edilməsi, müəllimlərn pul yığımı halları hamıya bəllidir. Bütün bunların fonunda yeni direktor Hüseynağa Qasımovun közə kül üfürən “nəzarəti”, özünü sığortalayan addımları diqqətdən yayınmır.
Hər gün bir qayda qoyan, bunun işləmədiyini bilsə belə tətbiqinə çalışan, “özəl mühafizə”nin pulunu müəllimlərin əmək haqqından tutaraq ödəyən, müavinlərin əməllərindən xəbərsiz olmayan və ən əsası Yardımlıdan olan direktor nə etmək istəyir? Bəli, Yardımlı sözünü təsadüfən işlətmədik.
Araşdırmamızın sonu olaraq bildirək ki, 26 saylı orta məktəb 20 ildir Yardımlıdan olan direktorların əsirinə çevirilib. Araşdırmalar göstərir ki, bu təsadüf deyil.
Məlumata görə, məktəbi illərdir nəzarətdə saxlayan şəxs təhsil nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirovdur. Əslən Yardımlıdan olan Fərzəli Qədirov məhz Yardımlıdan olan məktəb direktorlarının “qoruyucu mələyi” hesab olunur. İllər boyu 10-dan artıq məktəbin həmyerlisi olduğu direktorlarını, eləcə də, 26 saylı məktəbin sabiq direktoru Natiq Səmədovu qoruyan Fərzəli Qədirov yenə bu məktəbə öz adamı Hüseynağa Qasımovu direktor təyin etdirməyə nail oldu.
Bildirilir ki, yeni direktor Hüseynağa Qasımov məktəbin sabiq direktoru Natiq Səmədovun həmyerlisi, yaxın dostudur. Və hər iki şəxsi Fərzəli Qədirov himayə edir. Bu barədə geniş araşdırma yazısı yaxın günlərdə sizə təqdim olunacaq.
Məktəbdə daha bir müəmmalı məsələ 10-11-ci sinif şağirdlərinin 8-ci dərsə qalmamasıdır. Elə isə bütün günü valideynlərlə kobud rəftar edən direktorun tərbiyə işləri üzrə təşkilatçısı Fazilə Əliyeva bu hallara niyə göz yumur? Bəs direktor məktəbə ciddi nəzarət edirsə nədən bundan xəbərsizdir? Xəbərsiz deyilsə, o zaman məktəbdə nələr baş verir?
Hər halda, Buzovnadakı İftixar Tağıyev adına 26 saylı orta məktəbə maket olaraq divan, kreslo gətiməkdənsə sadaladığımız halların aradan qaldırılmasına çalışmaq lazımdı.

Bizimxeber.Az
Buzovnadakı 26 saylı orta məktəbdə Fərzəli Qədirov “sistem”i
Buzovnadakı 26 saylı orta məktəbdə Fərzəli Qədirov “sistem”i
Buzovnadakı 26 saylı orta məktəbdə Fərzəli Qədirov “sistem”i
Buzovnadakı 26 saylı orta məktəbdə Fərzəli Qədirov “sistem”i

Şərhlər

XƏBƏR LENTİ