SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Fərhad Əliyevlə bağlı iddia - Belə deyirlər...

Fərhad Əliyevlə bağlı iddia - Belə deyirlər...

Tarix:

10-11-2017, 10:42

/ 88 618 dəfə oxundu.
Fərhad Əliyevlə bağlı iddia - Belə deyirlər...

Cəbrayılov Kənan Eybulla oğlu 1 ay əvvəl eks-nazir Fərad Əliyev üçün gördüyü işin pulunu ala bilməyib. Bu barədə izolyasiya mütəxəssisi Kənan Cəbrayılovun özü məlumat verib. Onun sözlərinə görə, 1 ay əvvəl sözügedən işlə əlaqədar Sumqayıt şəhərində Fərhad Əliyevə məxsus yeni tikilməkdə olan yağ zavoduna gəlib.
Burada tikilinin motorxanasındakı izolyasiya problemini həll etmək üçün işə başlayıb. Zavodun tikinti işlərinə iş icraçısı Əli adlı şəxs başçılıq edib. Usta deyir ki, lazımı bütün işlərini yekunlaşdırdıqdan sonra, ona veriləcək 1000 manatın 200-ü ödənilsə də, qalanını verməkdən müxtəlif yollarla imtina ediblər.
Dəfələrlə get-gələ salınan Kənan Cəbrayılov şəxsən Fərhad Əliyevlə görüşmə imkanı tapıb onunla danışa bilsə də, bu da bir işə yaramayıb. Fərhad Əliyev ona çatacaq məbləği verməyib. Şikayətçinin dediyinə görə, hətta gördüyü işin material pulunu belə ona ödəməyiblər. Səbəb belə göstərmədən iş icraçıları şikayətiçinin telefonlarına cavab verməyiblər.
Kənan Cəbrayılovun dediyinə görə, o, Fərhad Əliyevlə uzaq qohum sayılır. Bunu da eks-nazirlə söhbətində ona bildirib. Məsələ ilə bağlı iş icraçısı Əli ilə əlaqə saxladıq. O isə məsələnin bizə dəxli olmadığını, şikayətçi ilə öz aralarında olan iş olduğunu deyib telefonu qapatdı.

yenicag.az

Şərhlər

XƏBƏR LENTİ