“Deputatların maaşı artırılmalıdır”.
Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov parlament komitələrinin birgə iclasında 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, Milli Məclis üzvlərinin maaşı rayon prokurorunun və polis rəisinin əməkhaqqından aşağıdır: “Əksər işləri Milli Məclis həyata keçirir. Həmçinin burada bizdən çox işləyən əməkdaşlar var. Onların əməkhaqqı artırılmalıdır”.