SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Artur Rəsizadənin qonşuları ondan şikayət edirlər... - SƏBƏB

Artur Rəsizadənin qonşuları ondan şikayət edirlər... - SƏBƏB

Tarix:

7-11-2017, 11:59

/ 58 820 dəfə oxundu.
Artur Rəsizadənin qonşuları ondan şikayət edirlər... - SƏBƏB

Sabunçu rayon Bilgəh qəsəbəsinin bir qrup sakini tərəfindən Hurriyyet.org-a müraciət olunub. Sakinlər bildirir ki, havaların soyuyandan Bilgəh qəsəbəsində təbii qazın verilməsində ciddi problem yaşanır. Onların sözlərinə görə, qaz çox zəif olduğu üçün kombi sistemindən istifadə edib, evlərinin istiliyini təmin edə bimirlər.

Sakinlər evlərində körpə uşaqların, qocaların soyuqdan əziyyət çəkdiyini və bununla bağlı “Azəriqaz”ın Sabunçu rayon şöbəsinə dəfələrlə müraciət etdiklərini deyirlər. Məlumata görə, Sabunçu rayon Qaz İdarəsi problemi həll edəcəyini bildirsə də, hələ də heç bir tədbir görməyib.

Sakinlər problemin səbəbini onunla izah edib ki, Bilgəh qəsəbəsinin “milyonçular” məhəlləsində yaşayan baş nazir Artur Rəsizadə və digər məmurların evlərinin daha yaxşı istiliklə təmin edilməsi üçün qaz daha çox o məhəlləyə ötürülür. Onların dediyinə görə, Artur Rəsizdə və digər” məmurların villaları o qədər böyükdür ki, adi kombi sistemi ilə isitmək mümkün deyil. Həmin villaları geniş tutumlu istixanalar ilə isitdikləri üçün Bilgəh camaatının qazını kəsib, həmin villalara verirlər. Qəsəbə sakinləri isə onlara ötürülən qaz çox zəif olduğu üçün kombi istilik sitemindən heç cür istifadə edə bilmir.

Qeyd edək ki, Bilgəh qəsəbəsi sakinlərinin probleminə aydınlıq gətirmək məqsədilə “Azəriqaz” İstehsalat Birliyinin şəhər nömrəsinə dəfələrlə zəng etsək də, cavab verən olmadı. “Azəriqaz” İB-nin 104 “qaynar xətt”inə düşmək üçün isə saatlarla telefonun dəstəyi qulağında dayanmalısan ki, bəlkə, kimsə cavab verdi. Amma təəssüf ki, “qaynar xətt” də “donmuş” vəziyyətdə idi...

Şərhlər

XƏBƏR LENTİ