SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Əsabil Qasımovdan prezidentə şikayət olundu

Əsabil Qasımovdan prezidentə şikayət olundu

Tarix:

13-02-2017, 12:27

/ 1 506 dəfə oxundu.
Əsabil Qasımovdan prezidentə şikayət olundu

“Karmen” MMC məcburi köçkünlərin 175 min ton taxılını oğurlayıb.

Deputat Əsabil Qasımova məxsus olduğu bildirilən bu şirkətlə bağlı sensasion məlumatı vəkil Osman Kazımov açıqlayıb. Onun sözlərinə görə, Füzulidən olan məcburi köçkünlər inanılmaz bir cinayətlə qarşılaşıb: "Məcburi köçkünlər alnının təri, əlinin qabarı və balalarının ehtiyacları ilə taxıl əkərək ailələrini dolandırmaq istəyiblər. Bu məqsədlə 175 ton, 300 kiloqram taxıl “Karmen” MMC-yə təhvil veriblər. İndi bu taxıl buxarlanıb, yoxa çıxıb. Oğruların kimliyi də bəllidir. Amma oğrular və “juliklər” himayə olunur. Ehtiyac içində, ac-yalavac dolanan o yazıq insanların müraciət etmədiyi ünvan qalmayıb. Amma 175 ton, 300 kiloqram taxıl oğurlanıb, pulu çatmayıb".
Vəkilin sözlərinə görə, sakinlər prezident İlham Əliyevə, daxili işlər naziri Ramil Usubova, baş prokuror Zakir Qaralova, Füzuli rayonunun deputatı Bahar Muradovaya müraciət ediblər: "Köçkünün malını yemək çox ayıbdır. Amma “Karmen” MMC buna da gedib”.

Şərhlər

XƏBƏR LENTİ