SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Qoca”nın meyiti ailəsinə veriləcək

“Qoca”nın meyiti ailəsinə veriləcək

Tarix:

3-11-2017, 13:11

/ 90 826 dəfə oxundu.
“Qoca”nın meyiti ailəsinə veriləcək

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürülən “Qoca” ləqəbli Etibar Məmmədovun meyiti ailəsinə təhvil veriləcək.

Bu barədə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov məlumat verib.

O bildirib ki, meyitin təhvil veriləcəyi vaxtı hələ ki, məlum deyil:

“Prosedura görə, meyit tibbi ekspertizadan keçirildikdən sonra rəy hazırlanacaq. Yalnız bundan sonra meyit ailə üzvlərinə, yaxud yaxın qohumlarına təhvil veriləcək”.

M.Sadıqov deyib ki, hazırda prosessual hərəkətlər icra edildiyindən meytin təhvil veriləcəyi vaxt müəyyənləşdirilməyib.

“Qoca”nın ailəsi Hacıqabulda yaşayır. Dəfnin də orada olcağı gözlənilir.

Şərhlər

XƏBƏR LENTİ