SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Lotu Quliyə sui-qəsd əməliyyatında “Şirinlər” izi – FOTO

Lotu Quliyə sui-qəsd əməliyyatında “Şirinlər” izi – FOTO

Tarix:

3-11-2017, 11:09

/ 90 209 dəfə oxundu.
Lotu Quliyə sui-qəsd əməliyyatında “Şirinlər” izi – FOTO

Türkiyə mətbuatı məşhur azərbaycanlı kriminal avtoritet Nadir Səlifova qarşı sui-qəsd cəhdinin qarşısını alınması ilə bağlı İstanbul polisinin ötən gün keçirdiyi əməliyyat barədə yazıb.

Lotu Qulinin İstanbuldakı evinə hücum təşkil etmək niyyətində olan killer qrupu “Ömür AVM” ticarət mərkəzində saxlanılıb.

Məlum olub ki, killer qrupu “Max” ləqəbli Mehmet Sabri Şirinin liderlik etdiyi “Şirinlər dəstəsi”ndən ibarət olub. Restorana basqın zamanı Sabri Şirin 13 adamı ilə birgə saxlanılıb.

Dəstə liderinin yemək yemək üçün həmin restoranı seçdiyi bildirilir. Dəstə üzvlərindən xeyli sayda sənədsiz silah götürülüb.

Qeyd edək ki, virtualaz.org saytı əməliyyatda həbs olunanların arasında mərhum avtoritet Rövşən Lənkəranskinin qardaşı, polkovnik Namiq Canıyev və başqa tanınmış kriminal şəxslərin olduğu barədə məlumat yayıb.
Lotu Quliyə sui-qəsd əməliyyatında “Şirinlər” izi – FOTO
Lotu Quliyə sui-qəsd əməliyyatında “Şirinlər” izi – FOTO
Lotu Quliyə sui-qəsd əməliyyatında “Şirinlər” izi – FOTO
Lotu Quliyə sui-qəsd əməliyyatında “Şirinlər” izi – FOTO

Şərhlər

XƏBƏR LENTİ