SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Yol polisindən sərt açıqlama: güzəşt edilməyəcək

Yol polisindən sərt açıqlama: güzəşt edilməyəcək

Tarix:

1-11-2017, 14:57

/ 57 532 dəfə oxundu.
Yol polisindən sərt açıqlama: güzəşt edilməyəcək

Yük avtomobilləri və avtobusların texniki baxışı müddəti (1 avqust-31 oktyabr) başa çatıb.

Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Azvision.az-a bildirib ki, texniki baxışın keçmə müddəti ilə bağlı sürücülərə geniş məlumat verilib.

Şöbə rəisinin sözlərinə görə, DYP əməkdaşları tərəfindən sənədlərin yoxlanılması zamanı aşkar olunsa ki, avtomobil texniki baxışdan keçirilməyib, sürücü inzibati məsuliyyətə cəlb olunacaq:

"Bununla bağlı əlavə reyd keçirməyə ehtiyac yoxdur. Hər bir əməkdaşımız öz ərazisində belə bir nəqliyyat vasitəsi aşkarlayarsa, ona uyğun müvafiq tədbir görüləcək”.

K.Əliyev qeyd edib ki, texniki baxışdan təyin edilən müddətdə keçmədikdə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir.

Qeyd edək ki, icazə verilən müksimum kütləsi 3.5 ton və daha az olan yük avtomobilləri istehsal olunduqdan sonra 5-ci, 7-ci, 9-cu, 11-ci il və sonra hər il texniki baxışdan keçməlidir. İcazə verilən kütləsi 3.5 tondan yuxarı olan yük avtomobilləri isə istehsal olunduqdan sonra 2-ci il və hər il texniki baxışdan keçməlidir. Avtobuslar da istehsal olduqdan sonra 2-ci il və daha sonra hər il texniki baxışdan keçməlidir.

Şərhlər

XƏBƏR LENTİ