SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Space TV-də Vaqif Mustafayevi kimlər və necə aldadır?

Space TV-də Vaqif Mustafayevi kimlər və necə aldadır?

Tarix:

10-02-2017, 13:32

/ 1 974 dəfə oxundu.
Space TV-də Vaqif Mustafayevi kimlər və necə aldadır?

“Zəhmətkeş ulduzlar” Vaqif Mustafayevin başının üstündən böyük pullar qazanır

Son illər televiziyalar arasında gedən rəqabət daha da güclənib və bu tamaşaçının xeyrinə işləyən amildir. Amma bəzən televiziyalarda elə verlişlərə də rast gəlmək olur ki, bunun nə rəqabətə, nə zövqə, nə də cəmiyyətin mariflənməsinə hansısa yöndə dəxli yoxdur.

Bu forumlu verlişlərdən biri də Space tv-də yayımlanan “Zəhmətkeş ulduzlar” verlişidir. Aktrisa, biznesmen Ülviyyə Əliyevanın aparıcılığı ilə yayımlanan verlişin əslində məqsədi maraqlıdır. Tanınmışların fiziki sağlamlığının yoxlanılması yönlü bu verlişin “əmması” isə başqadır. “Əmma” bundan ibarətdir ki, verlişə dəvət olunan qonaqların tam əksəriyyəti ulduz bir yana, ümumiyyətlə efirə uzaqdan yaxından aidiyyatı olmayan şəxslərdir.

Bu barədə məlumatlandıran mənbə bildirib ki, peşəkar rejisor Vaqif Mustafayevin rəhbərlik etdiyi kanalda belə verlişin yayımlanmasının maraqlı nüansları var. Aydın oldu ki, bu verliş hansısa prodakşına, (prodakşın haqqında daha maraqlı məlumatlat daxil olmaqdadır və yaxın günlərdə diqqətinizə çatdıracağıq), məxsusdur. Mənbə bildirir ki, prodakşın vasitəsiylə televiziyaya təqdim olunan verlişlərə isə bildirilir ki, Vaqif Mustafayev çox az hallarda baxır. Belə olan halda isə televiziyada Vaqif Mustafayevi əhatəyə alan 3-4 nəfərlik qrup kanala müraciət edən prodakşınlarla həm rəsmi, həm də qeyri-rəsmi razılaşma əldə edirlər.

Mənbə bildirir ki, rəsmi razılaşma qəpik-quruş olsa da, qeyri-rəsmi razılaşma daha bahalı olur. Amma bunun qarşılığında öz məhəlləsində belə tanınmayan şəxslər “Zəhmətkeş ulduzlar” verlişində ulduza çevrilirlər.

Mənbənin iddasına görə beləcə Vaqif Mustafayevin xəbəri olmadan Space tv-də maraqlı anlar yaşanır. Hətta Space tv-də ki, bu qrup məlum prodakşınlarla şərikli biznesdə qura biliblər. İu barədə mənbə bildirir ki, hazırda verlişin aparıcısı Ülviyyə Əliyevanın “biznesi” ciddi şəkildə inkişaf edir. Vaqif Mustafayevin xəbəri olmadan inkişaf edən bu “biznes” təkcə Ülviyyə Əliyevanın deyil, Space tv-də bir qrupp şəxsin də gəlir mənbəyinə çevrilib.

Bu qrupun gündəlik gəliri haqqındakı aradşırmamızı gözləyin. Yada salaq ki, belə proses ATV kanalında da artıq başlayıb və bununla da bağlı faktları gündəmə gətirəcəyik.

Şərhlər

XƏBƏR LENTİ