SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Eldar Mahmudova bağlı şirkətin aldatdığı vətəndaş prezidentdən imdad diləyir

Eldar Mahmudova bağlı şirkətin aldatdığı vətəndaş prezidentdən imdad diləyir

Tarix:

1-11-2017, 12:14

/ 57 858 dəfə oxundu.
Eldar Mahmudova bağlı şirkətin aldatdığı vətəndaş prezidentdən imdad diləyir

Azərbaycanda mənzil fırıldağının qurbanı olan Fərhad Muradov Bəradər oğlu prezident İlham Əliyevə və I vitse-prezident Mehriban Əliyevaya müraciət edib.
Müraciətin bir surətini bizə göndərən F.Muradov qeyd edib ki, Binəqədi Rayon Məhkəməsi onun xeyrinə qətnamə çıxarıb.
Onun sözlərinə görə, Nazim Nəsirov İslahat oğlunun ondan notarial qaydada aldığı 130 min manatın tutulması barədə qətnamə çıxarılmasını istəyir.
Zərər çəkmişin nümayəndəsi Könül Yaqubova izahatda göstərib ki, 2014-cü ildə Fərhad Muradov ev almaq məqsədi ilə tanışı Arif vasitəsi ilə Nazim Nəsirovla tanış olurlar.
Sonuncu ona Xətai rayonu, Bayramov küçəsi 11/56, bina 2-də sahəsi 226 kvadratmetr olan 5 otaqlı mənzili satmağı vəd edərək müxtəlif vaxtlarda ondan beh alır.
Tərəflər arasında bağlanmış 4 dəfə beh müqaviləsi nəticəsində Nazim Nəsirov Fərhad Muradovdan 30 min manat alır.
Bu azmış kimi, daha sonra 2014-cü il martın 19-da 51 saylı notariat kontorunda Fərhad Muradov Nazim Nəsirova 100 min manat ödəyərək mənzilin onun adına rəsmiləşdirməsini tələb edir.
Hər şey qanuni çərçivədə davam edir və bu ana qədər heç bir problem yaşanmır. Ancaq evin açarlarını təhvil vermək məqamı yetişəndə Nazim Nəsirov nə mənzili onun adına keçirir, nə də 130 min manatı qaytarır.
Ona görə də prezidentə və xanımına müraciət edən Fərhad Muradov hüquqlarının təmin olunmasını istəyir. Lakin cavabdeh tərəf olan Nazimin yeri məlum olmadığı üçün onun məhkəmədə iştirakını təmin etmək mümkün olmur.
130 min manatı mənimsəyərək aradan çıxan bu şəxsin yeri-yurdu bilinmir. Binəqədi rayon məhkəməsinin hakimi Fərrux Qasımov vətəndaşın iddiasını təmin edib.
Ancaq hüquqi müstəvidə haqqını bərpa edən F.Muradov nə evinə köçə, nə də pulunu ala bilir.
Məlum olur ki, sözügedən ünvanda yerləşən bina məşhur və qalmaqallı “Sahil-D Kompani“ MMC firmasına məxsusdur.
Şirkət sabiq MTN rəhbəri Eldar Mahmudovun nəzarətindədir. “Sahil-D Kompani” MMC-nin təsisçisi İlham Qasımov insanlara qarşı müxtəlif dələduzluq, hədə-qorxu, təhdid hərəkətlər edir.
Hələ 2015-ci ildə Baş Prokurorluqdan verilən xəbərdə deyilirdi ki, bu şirkətin vəzifəli şəxsinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan cinayət işinin istintaqı yekunlaşıb.
Aparılmış istintaq zamanı Taleh Abdullayevin rəhbəri olduğu “Sahil D Kompani” MMC-ni 2007-ci ildə alqı-satqı müqaviləsilə başqa şəxslərə satması barədə məlumat daxil olub. O, hüquq verən rəsmi sənədləri saxtalaşdırıb. İ.Qasımovun isə E.Mahmudovla əlaqələri olub və onu himayə edib.
Xatırladaq ki, Bakı Əyləncə Mərkəzində inşa edilən 24 mərtəbəli 4 binadan ibarət "Sahil-D" kompleksi iş adamları Sahib İbrahimov və İlham Qasımovun ortaqlığı ilə tikilib və Qasımov məhz bu məsələ ilə bağlı "məşhurlaşıb". S.İbrahimov isə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşıdır.
F.Muradov prezidentə müraciətində xahiş edir ki, Eldar Mahmudovun himayəsində olan şirkətin başına açdığı qanunsuzluqla əlaqədar işin araşdırılıb pulunun qaytarılması barədə müvafiq göstəriş versin. Ümidini hər şeydən üzən vətəndaş dövlət başçısından imdad diləyir.

AnaXeber.az

Şərhlər

XƏBƏR LENTİ