SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Keçmiş nazirə yeni vəzifə verilə bilər... - İDDİA

Keçmiş nazirə yeni vəzifə verilə bilər... - İDDİA

Tarix:

30-10-2017, 15:26

/ 59 880 dəfə oxundu.
Keçmiş nazirə yeni vəzifə verilə bilər... - İDDİA

«Təzadlar»ın elektron poçtuna özünü Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi kimi təqdim edən oxucu tərəfindən bir məktub daxil olub. Məktubda bildirilir ki, keçmiş maliyyə naziri, ötən il Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) birləşmiş kafedraların müdiri təyin edilmiş, bu ilin iyun ayında isə Prezident sərəncamı ilə «Azərbaycanın Əməkdar müəllimi» fəxri adına layiq görülmüş Əvəz Ələkbərov ADİU-ya rektor təyin oluna bilər. Mənbə bunu belə əsaslandırıb və arqumentləşdirib: «Məsələ ondadır ki, 2014-cü ildə ADİU-ya rektor təyin edilən Ədalət Muradov ümidləri doğrultmadı. Hazırda universitetdə narazı professor və müəllimlərin sayı durmadan artır. Buna səbəb isə odur ki, Ədalət Muradov özünün gənc baş müşaviri tərəfindən ortaya atılmış «Differensial əmək haqqı sistemi» adlı bir metodla əmək haqqının verilməsini dəstəkləyib. Nəticədə 20-30 il elmi-pedoqoji təcrübəsi olan professor və elmlər doktorları Türkiyədə hansısa universitetdə kurs keçib sertifikat almış gənc alim-müəllimlərdən 2-3 qat aşağı əmək haqqı alır. Sanki Ədalət Muradov Prezident seçkiləri ərəfəsində ADİU-da narazılar ordusu yaratmağı qarşısına məqsəd qoyub… Amma universitetdə hamının böyük rəgbət bəslədiyi keçmiş maliyyə naziri Əvəz Ələkbərovun nüfuzu və reytinqi isə günbəgün artır, hamı ona böyük ümidlə yanaşır və idarəçiliyindən bəhrələnməyi gözləyirlər… Bu biri tərəfdən isə bizə çatan məlumata görə rektorun «UNEC» adlı brendi universitetin adına reklamlaşdırması da rəsmi qurumlarda ciddi narazılıq yaratmışdır. Rektor bütün beynəlxalq xarakterli tədbirlərdə ADİU-nu «UNEC» kimi təqdim edir, bu adda isə Azərbaycanın məxsusiliyi gizlədilmiş olur. Halbuki Türkiyənin adicə özəl universitetləri, eləcə də qonşu ölkələrdə-Ukraynada, Rusiyada, Latviyada… eyni təyinatlı ali təhsil ocaqları mənsub olduqları ölkənin adını daşıyır, hansı ki, bu da bir tanıtmadır. Ədalət Muradov isə elə bil kimdənsə qəsdən Azərbaycanın adının gizli saxlanılmasına dair tapşırıq alıb. Odur ki, onun əvəzlənməsi məsələsi gündəmə gəlməkdədir».
Məsələ ilə bağlı professor Əvəz Ələkbərovun iş telefonuna zəng vuraraq mövqeyini öyrənməyə çalışdıq, lakin tədbirdə olduğunu bildirdilər.
Mövzuya qayıdılacaq.

Şərhlər

XƏBƏR LENTİ