yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

AzTV sədrinin adı ətrafında QALMAQAL - İttiham olunur

AzTV sədrinin adı ətrafında QALMAQAL - İttiham olunur
26-10-2017, 10:24 113 220 dəfə baxılıb

Son zamanlar adı müxtəlif qalmaqallı məhkəmə işlərində hallanan AzTV sədri Arif Alışanov həbs etdirdiyi biznes ortağının mülkiyyətini zorakılıqla ələ keçirməkdə ittiham olunur
Əldə etdiyimiz məlumata görə, AzTV sədrinin həbs etdirdiyi şamaxılı biznes ortağı Şücaət Əkbərovun keçmiş həyat yoldaşı Səlimə Sadıqova ona xas olan külli miqdarda əmlakı qanunsuz və zorakı yolla ələ keçirdiyinə görə A.Alışanovu məhkəməyə verib.
Nərimanov rayon məhkəməsindən bu faktı təsdiq edərək bildirblər ki, iddia cinayət işi deyil, mülki xarakter daşıyır.
S.Sadıqova bildirib ki, AzTV sədrinin birbaşa təşkil etdiyi sünü sübutlar əsasında keçmiş həyat yoldaşı Ş.Əkbərov həbs edilib. Bundan sonra isə vəzifə imkanlarından istifadə edən A.Alışanov hədə-qorxu yolu ilə onun bütün əmlakını qızı N.Alışanovanın, sürücüsü H.Babayevin və başqalarının adlarına keçirib:
“Həyat yoldaşımdan üç il əvvəl ayrılmağıma və ayrıca təsərrüfat olmağıma baxmayaraq, A.Alışanov mənim də mülklərimə əl qoyub. Təsərrüfatım talan edilib, onlarca baş mal-qaram, qoyunum, toyuq-cücəm, anbarda olan tonlarla taxılım aparılıb. Bundan başqa “Aqrolizinq”dən icarəyə götürdüyüm traktor, otbiçən maşın, kotanlar, yemqıran qoşqu, kübrəsəpən və transformatorum da yağmalanıb. Nə qədər şikayət etmişəm, amma tədbir görən yoxdur”.
Fakta münasibət bildirən müstəqil hüquqşünas Elçin Bayramzadə bildirib ki, baş verən hadisə vətəndaşın konstitusiyada təsbit edilmiş mülkiyyət hüququnun kobud şəkildə pozulmasıdır və vəzifəli şəxs kimi A.Alışanovun davranışı birbaşa cinayət məsuliyyəti yaradır. Digər tərəfdən istintaqın gedişində məhkəmə qərarı olmadan heç kimin mülkiyyət hüququ məhdudlaşdırıla bilməz.
S.Sadıqovanın vəkili Cəmil Sultanlı da bildirib ki, bu işdəki qanun pozuntuları göz qabağındadır:
“Biz AzTV sədrinin davranışındakı cinayət əməllərinin araşdırılması ilə bağlı baş prokurorluğa müraciət etmişik və hazırda həmin qurumun reaksiyasını gözləyirik”.
Qeyd edək ki, AzTV sədrinin gələn həftəyə planlaşdırılan məhkəmə prosesi və qarşı tərəfin iddialara münasibətini öyrənmək istəsək də A.Alışanovun nümayəndəsi Zaur Abbasov zənglərimizə cavab vermədi.

Gununsesi.info


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: , olunur, AzTV, sedrinin, adi, QALMAQAL, ttiham, etrafinda
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

24-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ