SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Uşağım döyülən vaxtı xəstə olmuşam, qardaş dediyim insanı..." - Valideynlə direktor arasında QALMAQAL

"Uşağım döyülən vaxtı xəstə olmuşam, qardaş dediyim insanı..." - Valideynlə direktor arasında QALMAQAL

Tarix:

24-10-2017, 16:33

/ 79 194 dəfə oxundu.
"Uşağım döyülən vaxtı xəstə olmuşam, qardaş dediyim insanı..." - Valideynlə direktor arasında QALMAQAL

Nizami rayonundakı Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəbin müəllimi Nəzakət Qurbanovanın 4-cü sinif şagirdi Kamran Soltanovu döyməsi ilə bağlı yayılan məlumatlara məktəbin direktoru münasibət bildirib.

Adıçəkilən məktəbin direktoru İlqar Talıbovun açıqlaması isə 4-cü sinif şagirdi olan Kamran Soltanovun anasını özündən çıxardıb. Bu barədə açıqlama verən Vəfa Soltanova məktəb direktorunun narazılığını ifadə edib və direktorun sözlərini şər-böhtan adlandırıb:

"Məktəb direktoru yalan deyir, mənim hər cür imkanım var, övladımı da saxlamağa hər cür imkanım çatır. Uşağıma da doğru nəzarət edirəm. İki gündür mənim uşağım dərsə getmir.

Yoldaşım rəhmətə getməmişdən öncə də bu məsələyə görə neçə dəfə direktor İlqar müəllimin yanına gedib, amma bir xeyri olmayıb. Uşağım döyülən vaxt mən xəstə olmuşam, məktəbə gedə bilmədiyim üçün uşağımla qardaş dediyim bir insanı göndərmişəm. Orda da Kamrandan soruşublar ki, bu kimdir, oğlum da deyib ki, dayımdır. Həmin insan da mən xəstə olanda ailəsi ilə mənim yanıma gəlib. Ailəvi münasibətlərimiz var. Hər kimi göndərirəm, bunun məktəbin direktoruna bir aidiyyatı yoxdur, lap mən qonşumu göndərirəm, niyə mənim uşağım müəllimə tərəfindən incidilir? Nə ixtiyarla direktor mənim ünvanıma elə sözlər deyir? Nə ixtiyarla deyir ki, mən uşağıma nəzarət edə bilmirəm? Sən mənim ərimsən, dayımsan, qardaşımsan, sən niyə mənim uşağım, mənim ailəm haqqında o sözləri deyirsən ki, mən uşağıma nəzarət edə bilmirəm, gecələr evdə olmuram? Mənim qonşularım şahiddir ki, mən o uşağımı necə saxlayıram. Özüm o uşağı məktəbə aparıb, özüm də gətirmişəm. Onun nə ixtiyarı var, ona kim o ixtiyarı verib ki, məni təhqir edir?

Mən ekspertizaya da müraciət etmişəm, ekspertizanın cavabları sabah 25-ci polis bölməsinə gələcək.

Məktəbin direktoru özünü Nəzakət müəllimənin əri kimi aparır. Deyir, mən Qurana and içərəm ki, Nəzakət müəllimə sənin uşağına əlini də toxundurmayıb. Necə and içir ki, müəllimənin əl izləri tapılıb mənim uşağımın boynundan. Dəmir xətkeşlə mənim oğlumun əlinə, barmaqlarına o qədər vurub ki, əllərindən qan axır. Onda belə çıxır ki, mən özüm döymüşəm uşağımı?

Əgər o məktəb direktoru doğrunu demək istəyirsə kişi kimi desin ki, mənim yoldaşım neçə dəfə onun yanına şikayətə gedib ki, uşağım döyülüb. Hər dəfə uşağım məktəbdən gələndə gah deyir qulağım ağrıyır, gah deyir başım ağrıyır. Necə vurmuşdusa uşağımın alnı masaya dəymişdi.

Başqa narazı olan valideynlər var, yoxdur bilmirəm. Bilmirəm başqa uşaqlara da xəsarət yetirib yoxsa yox, amma fakt odur ki, mənim uşağım xəsarət alıb".

Vəfa Soltanova həmçinin direktor və uşağını döyən müəllimənin təhdid və şantajlarıyla üz-üzə qaldığını bildirib: "Məni də neçə vaxtdır hədələyir ki, əgər məktəbin adı hallansa özündən küs. Şantaj edir məni, uşağımla hədələyir. Nəzakət müəllimə də dünən axşam mənə zəng edib ki, polisə müraciət etmisən? Nə qədər ki, İlqar müəllim var, İlqar müəllimin pulu var imkan verməz mənim adıma söz gəlsin".

BiG.AZ

Şərhlər

XƏBƏR LENTİ