yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Vaqif Əsədov: Söhbət edənləri müəyyən edəcəyik

Vaqif Əsədov: Söhbət edənləri müəyyən edəcəyik
20-10-2017, 17:09 109 183 dəfə baxılıb

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov avtomobil sürərkən dostu ilə söhbət edən sürücünün yol polisi tərəfindən saxlanılması ətrafında yaranan mübahisəyə münasibət bildirib.

V.Əsədov açıqlamasında deyib ki, sükan arxasında söhbət edən sürücünün yol polisi tərəfindən saxlanılmasına qanun da icazə verir: “Nəqliyyat vasitəsi idarə edilərkən diqqəti yayındıracaq hərəkətlərin edilməsi qanunla qadağandır. “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, nəqliyyat vasitəsi idarə edilərkən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək, nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etmək, hərəkət zamanı sükanı əlindən buraxmaq qadağandır.

Bundan başqa, sükan arxasında su içmək və şüşəsini avtomobildən kənara atmaq, musiqiyə səs verib nəqliyyat vasitəsinin şüşələrini aşağı salmaq da qadağandır və cəriməsi var. Əgər sürücü bu qaydalara əməl etməsə, qanunla 40 manat cərimələnəcək. Ümumiyyətlə, sürücülər avtomobil idarə edərkən diqqəti yayındıran hərəkətlər etməməlidir. Çünki bu, qəzalara səbəb olur”.

V.Əsədov sükan arxasında söhbət edən sürücülərin yol polisi tərəfindən necə müəyyən edilməsinə də aydınlıq gətirib: “Sərxoş və təhlükəsizlik kəməri vurmayan sürücüləri yol polisi necə müəyyən edirsə, sükan arxasında söhbət edənləri də elə müəyyən edəcək. Söhbət edən sürücülərin necə müəyyən ediləcəyi barədə xidmət aparan yol polisinə sual verilməlidir. Mən bəzi jurnalistlərə üzümü tutub deyirəm ki, bu məsələni qalmaqala çevirməklə nə əldə etmək istəyirsiniz? Biz “Yol hərəkəti haqqında” qanunun tələblərini deyirik. Qanunda belə yazılıb. Onu qəbul etsəniz də, etməsəniz də, belədir”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: edenleri, Vaqif, edeceyik, Sohbet, Esedov, mueyyen
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ