SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Gömrük generalitetindəki mafiozlar Əliyevin xəritəsinə qarşı - Şok yeni faktlar

Gömrük generalitetindəki mafiozlar Əliyevin xəritəsinə qarşı - Şok yeni faktlar

Tarix:

20-10-2017, 10:56

/ 94 161 dəfə oxundu.
Gömrük generalitetindəki mafiozlar Əliyevin xəritəsinə qarşı - Şok yeni faktlar

Azərbaycanın gömrük generalları prezidentin iqtisadi siyasətinə qarşı sabotajı davam etdirirlər. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Bakı Baş Gömrük İdarəsinin rəhbəri Vüsal Novruzov və bütün gömrük generaliteti növbəti dəfə - kərə yağının qiymətini qaldırmaqla həm soyğunçuluq, həm inhisarçılıq siyasətini gücləndirdilər, həm də hakimiyyətin “Strateji Yol Xəritəsi” sənədini baltaladılar.
Məlumata görə, dövlət başçısına qarşı aparılan bu siyasətin sırf merkantil maraqlar, yəni daha çox qazanmaq məqsədi ilə reallaşdığı bildirilir.
A.Əliyev, V.Novruzov, monopolist qüvvələr prezidentin bir neçə ay əvvəl imzaladığı fərmanları, gömrükdə iş adamlarını fəaliyyətinin yüngülləşdirilməsi haqda tapşırıqlarını kəllə-mayallaq icra etməyə başlayıblar.
Gömrük generaliteti prezident fərmanlarına “yüklənərək” idxal rüsumları və digər prosedurlarda inhisarçı maraqlarını qüvvədə saxlayıblar.
A.Əliyev kərə yağının qiymətinin qalxmasını DGK-dən asılı olmadığını deyərək məsuliyyəti üzərindən atmaq istəsə də, faktiki olaraq bahalaşmanın səbəbkarı məhz gömrükçü monopolist mafiyadır.
Sahibkarlar da ironiya ilə sual edirlər ki, əgər bu məsələdə günahkar gömrükçü monopolistlər deyillərsə, onda Rabitə Nazirliyi ya da Azərpoçt cəzalanmalıdır.
Əldə etdiyimiz son məlumatlara görə, kərə yağının bahalaşdırılması yuxarı eşelonda ciddi gərginliyə səbəb olub.
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olan gömrüyün prezidentə qarşı sabotaj siyasəti ona ciddi şəkildə başağrısı olub. Nazirin üzləşdiyi mürəkkəb situasiya onsuz da pis olan mövqeyini daha da laxladıb.
Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevə biznes imperiyası təhvil-təslim edilməkdə olan Kəmalədin Heydərovun kurasiyasındakı gömrüyün generallarının daha çox varlanmaq ehtirası “fövqəlnazir”i pis vəziyyətə salıb.
F.Əliyevə Sumqayıt Texnologiyalar Parkının verilməsi, sənaye zonasında kərə yağının istehsalınınn nəzərdə tutulması da K.Heydərov üçün “əcəl zəngi”nin çalınması deməkdir.
Yerli kərə yağının istehsalı qiymətlərə ciddi təsir edəcək. Prezidentin “Strateji Yol Xəritəsi”nə adekvat olaraq F.Əliyev bazara münasib qiymətə kərə yağı çıxaracaq, gömrük generallarının bahalaşdırdığı Zellandiya yağları isə bazarda sıxışaraq boğulacaq.
Nəticədə prezidentin qarşısında aciz vəziyyətdə A.Əliyev, V.Novruzov və onlara hamilik edən K.Heydərov qalacaq.
Hazırkı gedişat da məhz göstərir ki, gömrük generalları xaricdən gələn kərə yağının qiymətini qızıl qiymətinə satmaqla qısamüddətli planlar qurublar - varlanmaq...
Amma bu dağıdıcı iqtisadi siyasətlə İ.Əliyevin gömrük fərmanlarına, “Strateji Yol Xəritəsi” sənədinə hansı pisliklər etdiklərinin fərqinə varmırlar.
Məlumata görə, postneft dövründə başlanmış struktur islahatları bütövlükdə Dövlət Gömrük Komitəsinin Vergilər yaxud Maliyyə Nazirliklərinə birləşdirilməsini zəruri edib.
Milli Təhlükəsizlik Nazirliyinin generallarından canı qurtaran sahibkarlar indi də gömrük generallarının soyğunçuluq və inhisarçılıq maraqlarının qurbanına çevriliblər.
İş adamlarının fəaliyyətinə müxtəlif maneələrə yaradan, bürokratik əngəllərə səbəb olan A.Əliyev - V.Novruzov tandemi dövlətin sahibkarlığa dəstək proqramına cırmaq atmaqla məşğuldurlar. Bu mövzuda vaxtaşırı iqtisadçılar da çıxış ediblər və DGK-nin ləğvinin zəruriliyini bildiriblər.
K.Heydərovun zəiflədilməsi fonunda onun siyasi portretinə görə şişirdilmiş Fövqəladə Hallar Nazirliyinin struktur islahatları nəticəsində ləğv olunması baş tutarsa, ardınca onun nəzarətindəki Dövlət Gömrük Komitəsinin də səlahiyyətləri başqa nazirliyə verilə bilər.
Artıq Avropanın bir çox ölkələrində bu praktika var və gömrük maliyyə və ya vergi sistemlərinin nəzdində fəaliyyət göstərirlər.
O nöqteyi-nəzərdən gömrük generallarının talançılıq və dağıdıcılıq siyasəti, gömrük sisteminin təpədən-dırnağa qədər korrupsiya və rüşvətə bulaşması, son olaraq kərə yağının qiymətini qaldırıb dövlətin iqtisadi proqramına təpik atmaq bütövlükdə bu sistemin demontaj olunmasını, ən pis halda köklü islahatları həyəcan təbili kimi çalır. Bu, həm dövlətin yeni iqtisadi strategiyasından, həm sahibkarlardan, həm cəmiyyətdən gələn sosial sifarişdir.
Necə ki, MTN generalları sahibkarlar üçün kabusa çevrilmişdi və illərlə mahmudovlar, çovdarovlar iş adamlarının milyonlarını əlindən alaraq onları müflis edib, ölkənin iqtisadi sahəsinə, sahibkarlığa sarsıdıcı zərbələr vurublar, eləcə də gömrük generalları sahibkarlığın inkişafını tormozlayır.
Redakiyamıza mötəbər qaynaqlardan sızan xəbərə görə, yaxın vaxtlarda keçiriləcək müşavirədə prezident gömrük generallarına sərt xəbərdarlıq edəcək.
Bir müddət əvvəl Vergilər Nazirliyinə tapşırıq verilmişdi ki, iş adamlarına süni əngələr yaradılmasın, növbə gömrükçülərə çatıb. Çünki kərə yağının bahalaşdırmaqla A.Əliyev “qırmızı xətti” keçmiş oldu.
Haşiyəyə çıxaraq qeyd edək ki, F.Əliyevə bu mərhələdə də uduzmaqda olan K.Heydərovun çətin vəziyyətdən çıxış üçün hansı manevrlər edəcəyi maraqla gözlənilir.

AnaXeber.Az

Şərhlər

XƏBƏR LENTİ