yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Rektor “oynadığı oyunlarla” işçilərini “oyuna salıb” - İTTİHAM

Rektor “oynadığı oyunlarla” işçilərini “oyuna salıb” - İTTİHAM
20-10-2017, 10:47 91 782 dəfə baxılıb

Azərbaycan Texnologiya Universitetinin bir qrup müəllim və işçi heyyətindən redaksiyamıza sensasiya doğuracaq məlumatlar daxil olub ki, həmin məlumatları da “Gündəm Xəbər”in çoxsaylı oxucularının diqqətinə catdırırıq. Bir neçə ay bundan öncə Texnologiya Universitetinin Elmi şura məclisində çirkin əməllərlə universitetin MMM və QMT fakültələrinin sabiq dekanı, həmçinin dosentlər Həsən Musa oğlu Musayev və Məsim Kazım oğlu Abadov dekanatlığın ad dəyişməsi adı altında tutduqları vəzifədən azad ediblər.
Texnologiya Universitetinin rektoru rəhbərlik etdiyi təhsil ocağının fakültələrinin və şöbələrinin adlarını dəyişməklə məşğuldur. 2017-ci il sentyabr ayının 13 də elmi şurada rektor Akif Süleymanov, universitetin bir neçə şöbələrinin adlarını dəyişməklə işçiləri kütləvi şəkildə işdən kənarlaşdırıb. Universitetin "Kitabxana və Nəşriyyat Mərkəzi”ni, “İdman Mərkəzi”ni, "İnformatika və Texnologiya", "Daxili xidmət" "Hərbi uçot" şöbəsinin adını dəyişir, hətta İdman mərkəzini universitetin davamlı inkişaf şöbəsinə verməsi gülüşə səbəb olub. Baxmayaraq ki, respublikamızın ali məktəblərində İdman yüksək pillələrdə yer alsa da, Texnologiya Universitetində İdman Mərkəzi heç bir fəaliyyəti olmayan bir şöbəyə verilməsi görünür ki, Akif Süleymanov ya tədrisi bilmir, ya da cənab prezident İlham Əliyevin idmana göstərdiyi diqqəti dəyərləndirmir. Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov sentyabrın 26-da məzuniyyətə getmək adı altında, universiteti tədris işlər üzrə prorektor Vüqar İsmayılova tapşıraraq bildirmişdir ki, “2017-ci il 29 noyabr tarixə qədər kütləvi ixtisarla bağlı xəbərnamələr universitetin texniki işçilərinə tam paylanılsın. Akif Süleymanov "Axırıncı Aşırım" kinosunda Kərbəlayının oyununu oynayır və “Qəmloya” külli ixtiyar verir. Bu Universitetin tədris işləri üzrə prorektoru “Qəmlo”dan geri qalan şəxs deyil. Vüqar İsmayılov da bu “Qəmlo” kimi "cəlladın başkəsənin biridir ay bəy". 2017-ci il 27-28-29-30 sentyabrında Azərbaycan Texnologiya Universitetinin "Daxili xidmət şöbəsinin işçilərini, Kitabxana və nəşriyyat şöbəsinin işçilərini, İnformatika, və Texnologiya şöbəsinin işcilərini, idman Mərkəzinin işçilərini, universitetin daxili mühafizə işçilərinə və Hərbi uçot şöbəsinin işçilərini" universitetin İnsan Resursları şöbəsinə çağırılaraq, bildirilib ki, ( Azərbaycan Texnologiya Universitetinin Elmi Şurasının 13.09.2017 ci il tarixli 01 saylı protokoluna və 13.09.2017-ci il tarixli 196 №-li əmrinə əsasən, Kitabxana və nəşriyyat şöbəsi, İnformatika, Texnologiya şöbəsi, İdman Mərkəzi, Hərbi Uçot şöbəsi, Daxili xidmət şöbəsi, mühafizə xidməti, 29.11.2017-ci il tarixindən ləğv ediləcək. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən işçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda, bu məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işə götürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdarlıq etməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla, iş axtarmağa imkan yaradılması məqsədilə azı bir iş günü əmək funksiyanızın icrasından azad edilirsiniz. Rektor vəzifəsini müvəqqəti icra edən: imzasıyla dos. Vüqar İsmayılov.) Texnologiya Universitetinin Rektoru Akif Süleymanov bilərəkdən bu addımı atır, hiyləgərlik edərək xəstəlik adı altında universitetdə olmadığı vaxt bu işləri tədris işlər üzrə prorektor Vüqar İsmayılova həvalə edir. Elə ki, iş böyüyüb dövlət səviyyəsinə qalxır, o halda “xəbərim yoxdur” deyərək aradan asanlıqla çıxır. Xəbərdarlıq olunan şəxslərin siyahısını ardıcıllıqla aşağıda göstəririk. Kitabxana və Nəşriyyat şöbəsinin 27 işçisinə, Daxili Xidmət şöbəsinin 91 işçisinə, İdman mərkəzinin 8 məşqçi müəlliminə, Hərbi Uçot şöbəsinin 4 işçisinə, İnformasiya və Texnologiya Şöbəsinin 4 işçisinə, Mühafizəsi xidmətinin 13 işçisinə, ümumilikdə 150 nəfər işçiyə xəbərdarlıq olunub.
Akif Süleymanovun niyyəti odur ki, 100 nəfərə yaxın işçini ixtisara salsın. Azərbaycan Texnologiya Universitetinin Elmi Şurasında qoyulan ixtisarla bağlı məsələyə, yəni bu yuxarıda adları çəkilən şəxslərin ixtisarına öz iş yoldaşları səs verərək qərara alıblar. O şəxslər Universitetin professor və dosentləridir. O professorlar 40 ildən artıqdır ki, universitetdə işləyirlər, hər gələn rektora yaltaqlanaraq kreslo kürsülərindən düşmürlər. Onlar bütün rektorlara yaltaqlanırlar və işdən azad olunan kimi, onların arxasınca xoşagəlməz sözlər danışırlar. Diqqətinizə çatdıraq ki, 2016-cı ilin dekabr ayında professor Cahangir Hacıyevin işdən kənarlaşdırılması elmi şuraya çıxarılanda, həmin şəxslər öz 40 illik iş yoldaşlarının çıxarılmasının lehinə səs vermişdilər. Yuxarıda adlarını çəkdiyimiz həmin şəxslər sabiq dekanlar Məsim Abadovun, Həsən Musayevin, sabiq dəftərxana müdiri Gülnara Alışovanın, elmi şurada onların dekanatlıqlarının və dəftərxana şöbəsinin ləğviylə bağlı lehinə səs vermişdilər. Sabiq dekanlar Həsən Musayev, Məsim Abadov, dəftərxana müdirini də işlədikləri dekanatlığın, şöbənin adını dəyişmək adı altında işdən azad ediblər. Bu ad dəyişmə məsələsində səsçoxluğu üstün gəldiyindən məsələ qərara alınır. Yəni, bu professorlar elmi şurada ad dəyişmə məsələsində böyük rol oynayırlar. 2017-ci ilin sentyabr ayının 13-də yenə Texnologiya Universitetinin ( Hərbi Uçot şöbəsinin birləşdirilməsində, İdman Mərkəzinin Ləğvində, İnformatika və Texnologiya şöbəsinin adı dəyişirilməyinə, Daxili Xidmət şöbəsinin adı dəyişirilməyinə, Universitetin Mühafizəsi xidmətinin adı dəyişirilməyinə, Kitabxana və İnformasiya şöbəsinin adının dəyişirilməyinə elmi şurada səs veriblər.) Azərbaycan Texnologiya Universitetinin elmi şurasının üzvü olan 4 professor, onlardan üçü kafedra müdri, bir kafedra müdiri olan şəxs universitetdə "CINDIR" ləqəbi ilə tanınan, biri “Qaloş” ləqəbi ilə dekanın, rektorun bəy tərifi deyənləridir. O hansı insanlığa, ziyalılığa, kişiliyə yaraşar ki, ayda 130 manat pul alan texniki işçinin, xadiməçinin, fəhlənin və digər şəxslərin çörəyini kəssin. Bu da Universitetin professorları, ziyalıları ayıbdır vallah!. 2018-ci ilin oktyabr ayında Prezident seçkisidir, Azərbaycan Texnologiya Universitetinin rektoru universitetdə ixtisar aparmaqla dövlətə qarşı çıxır, sabiq dəftərxana müdiri Alışova Gülnara Gəncə şəhərinin Kəpəz rayonunda "MƏNTƏQƏ" sədri işləyir. Bu insanın prezident seçkilərində böyük xidmətləri olub. Texnologiya Universitetinin rektorunun harınlamış sürücüsü Tağıyev Müzəffər Elxan oğlu, bir müddət bundan öncə idman mərkəzinin işçilərini Akif Süleymanovun qəbuluna buraxmayıb. Mərkəzin müəllimlərini rektor işdən azad edib, bir neçə müəllim isə qəbula getsə də, onları rektor elmi şuranın keçirildiyi zalda tək-tək qəbul edəcəyini bildirib. İdman mərkəzinin müəllimləri buna etiraz etsələr də və “ kollektivin sözü var, rektor bizi qəbul etsin” dedikdə, universitetin ümumi şöbəsinin müdiri Mətləb Oqtay oğlu Əliyev onlara bildirir ki, “rektor tapşırıq verib, idman mərkəzinin müəllim kollektivini tək-tək qəbul edəcəm”. Diqqətinizə çatdıraq ki, ümumi şöbənin müdiri Mətləb Oqtay oğlu Əliyev 2015-2017-ci illərdə Gəncə şəhər Təhsil İdarəsində maliyyə məsələlərinə rəhbərlik edib. Bu şəxs maliyyə pozğunluğu və külli miqdarda pul yeyintisi faktı əsasında daşıdığı vəzifəsindən uzaqlaşdırılır və hal-hazırda isə universitetdə audit və ümumi şöbəniin müdiri vəzifəsini daşıyır.
Ümumi şöbənin müdiri olan bu şəxs Mətləb Oqtay oğlu Əliyev özünün Vüsal adlı yaxın dostunu Universitetə Audit vəzifəsinə yəni icra etdiyi iki vəzifəsidən birinin yerinə gətiribdir. Belələrinə nə ad vermək olar? Rektorun sürücüsü Tağıyev Müzəffər Elxan oğlu qəbula gedən işçiləri aldadır və hər kəsə yalandan vəd verir. Rektorun 20-AA-520 markalı dövlət nişanlı avtomobilinin baqaj hissəsinin altından "GÖZ" muncuğu asılıb. Maraqlıdır ki, avtomobili idarə edən sürücü rektorun hansı müsbət insan keyfiyyətinə göz dəyəcəyinə ehyam vurur? Bəlkə də Akif Süleymanov işarə edir ki, mənim arxamda da “göz” var. Amma çox güman ki, universitetin maliyyə büdcəsini “dədə mülkü” kimi xərcləyən Akif Süleymanov, çirkli pulları sürücüsü ilə birlikdə, dövlət nişanlı 20-AA-520 markalı maşınının arxasında gizlədir.
Universitetinin idman mərkəzinin məşqçi müəllimləri "MƏTBUAT" konfransı keçirmək qərarı veriblər. Onlar bir çox vəzifəli şəxslər haqqında "MƏTBUAT" konfransında geniş açıqlama vermək istəyirlər. Yəqin ki, işindən azad olunan şəxslərin prezident İlham Əliyevə müraciətləri də olacaq. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: oyuna, oynadigi, salib, Rektor, oyunlarla, , TTHAM, ishchilerini
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ