SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Elşad Abdullayevin qohumuna hamilik edən akademik kimdir?

Elşad Abdullayevin qohumuna hamilik edən akademik kimdir?

Tarix:

9-02-2017, 23:10

/ 3 122 dəfə oxundu.
Elşad Abdullayevin qohumuna hamilik edən akademik kimdir?

Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Həsən Bayrmaov Həsən Bayramov rüşvət tariflərini qaldırıb

Ötən həftə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Həsən Bayrmaovun Elşad Abdullayevin Azərbaycan Beynəlxalq Universitetdəki (ABU) qanundankənar, rüşvət yığmaq, saxta diplom vermə kimi cinayət tərkibli əməllərə əl atdığını, rüşvət müqabilində DSK sədri təyin edildiyini yazmışdıq. Qeyd edək ki, Həsən Bayramov hazırda xaricdə sığınacaq alan və Azərbaycan hakimiyyəti əleyhinə xaricdə şər kampaniyasına rəhbərlik edən şəxslərdən biri olaraq tanınan Elşad Abdullayevin yaxın qohumudur və Elşad Abdullayev Azərbaycan Beynəlxalq Universitetinə rəhbərlik etdiyi zaman Həsən Bayrmaov onun “qara işlərini” həyata keçirən əsas şəxslərdən biri kimi tanınıb.

Həsən Bayramovun “Elşad Abdullayev işi”ndən “təmiz” çıxmasında və vəzifəyə təyinatında köhnə tanışı, BDU-nun elmi katibi, AMEA-nın müxbir üzvü Elşad Qurbanovun ciddi rol oynadığı iddia olunur. Bu barədə saytımızı məlumatlandıran mənbə iddia edir ki, Elşad Qurbanovla Həsən Bayramov Etibar Məmmədov AMİP-ə rəhbərlik etdiyi zamanlardan bir-birlərini yaxından tanıyırlar. Həsən Bayramov Etibar Məmmədovun hakimiyyətin sevimlisi və deputat olduğu illərdə AMİP-də təmsil olunub və Elşad Qurbanovla birlikdə bu partiyanın funksionerləri olaraq tanınblar. onun əsasını qoyanlardan və fəallarından olub, uzun müddət partiyada bərabər fəaliyyət göstəriblər. E. Məmmədovun siyasi “ulduzu” söndükdən sonra Həsən Bayramov AMİP-dən uzaqlaşaraq qohumu Elşad Abdullayevə sığınıb.

Qeyd edək ki, Elşad Abdullayevin cinayətlərinin üstü açıldıqdan, Həsən Bayramov və oğlu Eldar Mahmudovun bandası tərəfindən saxlanılıb. Böyük rüşvət müqabilində ata və oğulun MTN-dən çıxarılmasını isə məhz Elşad Qurbanovun təşkil etdiyi bildirilir. Bundan sonra isə reabilitasiya olunmaq üçün Həsən Bayramovun 9 saylı Binəqədi DSK-ya sədr gətirilməsini də Elşad Qurbanovla Binəqədi rayon YAP təşkilaiının sədri olan Ramiz Göyüşovun təşkil etdiyi bildirilir.

Mənbənin bildirdiyinə görə Həsən Bayramovun Bakı Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin olunmasını da Elşad Qurbanovun vasitəçiliyi ilə baş tutub. Akademiyanını müxbir üzvü təhsil sektorunda və Yeni Azərbaycan Partiyasındakı əlaqələrindən istifadə edərək Həsən Bayramovun Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsinə gətirilməsini təmin edib. Mənbə məhz Elşad Qurbanov Həsən Bayramovun vəzifəyə təyinatla bağlı verdiyi rüşvəti Təhsil Nazirliyndəki məsullara çatdırdığı iddia edir. Elşad Qurbanov və Həsən Bayramov hər yerdə guya yaxın qohum olduqlarını söyləsələr də, bu, həqiqətə uyğun deyil.mənbə bildirir ki, Elşad Qurbanov Zəngəzur mahalının Urud kəndindən, Həsən Bayramov isə Göyçə mahalının Toxluca kəndindəndir.

Daxil olan məlumatda bildirilir ki, Elşad Qurbanov Həsən Bayramova sonralar da arxlıq edib. Hazırda isə akademikə arxayın olan Həsən Bayramov rəhbərlik etdiyi peşə məktəbini Beynəlxalq Universiteti idarə etdiyi kimi idarə edir. Məktəbdə kadraların işə, şagirdlərin peşə liseyinə qəbulu pul müqabilində həyata keçirilən rüşvətin miqdarı isə litseydə ciddi şəkildə qaldırılıb. Belə ki, rüşvət pullarını yığmaq üçün Həsən Bayramov özünün yaxın adamlarını litseyə işə qəbul edib. Dəmiryolu ilə Metropoliten peşə liseyləri birləşdirilərək Mərkəz yaradıldıqdan və Bayramov həmin quruma direktor təyin edildikdən sonra, öz kadrlarını əsas postlara təyin edib. Yerdə qalan kadrları isə rüşvət və tapşırıqla yerləşdirib. Mərkəzə təyin olunması üçün külli miqdarda xərcə düşdüyünü deyən Həsən Bayramov şagird qəbulu üçün rüşvət tariflərini 1000 AZN-dən 3 minə qaldırıb. Şagirdlərin valideynlərinə də izah olunur ki, onlar buranı biitirəndən sonra dövlət tərəfindən işlə təmin olunurlar, ona görə bu peşə mərkəzinə qəbul olunmaları üçün rüşvət vermələri məcburidir.

Mənbə bildirir ki, Həsən Bayramov and içib, aman edir ki, rüşvət olaraq alınan məbləğdən hər şagirdə görə yalnız 500 azn ona çatır, yerdə qalanını “yuxarı” çatdırır. Həmin 500 azn isə Mərkəzin rəhbərliyi arasında bölünür. Mərkəzdə təhsil alan müdavimlər üçün pulsuz verilməsi nəzərdə tutulan uniformalar da pulla satılır. Bundan əlavə, Mərkəzi bitirən məzunlara diplomlar 1000 azn müqabilində rüşvət vermələri də məcburiyyət halına gətirilib. Yəni hazırda Bakı Dövlət Peşə Təhsil Mərkəzində hər şey eynilə Beynəlxalq Universitetdəki kimidir…

Qarşı tərəfin fikirlərinəm yer verməyə hazırıq!

AzToday

Şərhlər

XƏBƏR LENTİ