yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Xəzərin icra başçısı Mahmudova nələr verib? – Sensasion faktlar

Xəzərin icra başçısı Mahmudova nələr verib? – Sensasion faktlar
9-02-2017, 00:34 955 dəfə baxılıb

Paytaxtın Xəzər rayon icra başçısı Gülağa İslamovun qanunsuzluqları növbəti dəfə ifşa edilib. Belə ki, icra başçısının MTN rəhbəri Eldar Mahmudova və bandasının üzvlərinə bağışladığı mülklər üzə çıxıb. Bununla bağlı mediada yayılan xəbərlərə istinadən bildiririk ki, G.İslamov imzaladığı qanunsuz sərəncamlarla E.Mahmudova torpaqlar, restoranlar, ərazilər ənam verib. MTN işində adı keçməyən və himayə olunan Xəzərin icra başçısının əməlləri vəkil Ramiz Zeynalov tərəfindən faş olunub. Vəkilin irihəcmli müraciətində sensasion faktlar açıqlanıb. Siyahını təqdim etməzdən qabaq bildirək ki, G.İslamovun bu qərarları barədə araşdırma aparılsa, məsuliyyətə cəlb oluna bilər.
R.Zeynalov yazıb ki, 2010-cu ildə Türkan qəsəbəsində 8 hektar torpaq sahəsi var imiş. Xəzər RİH Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahib Babayev və İlham İslamov tərəfindən hasara alınmış və İHB Gülağa İslamov tərəfindən Eldar Mahmudova hədiyyə edilib. 2013-cü ildə aeroport şossesində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin arxasında 10 hektar torpaq sahəsi də icra hakimiyyəti başçısı G.İslamovun qanunsuz sərəncamı ilə E.Mahmudovun əmisi oğlu Yaşar Mahmudova verilib, ərazi hasarlanıb və restoran kompleksi inşa edilməkdədir.
Vəkil yazıb ki, Gülağa İslamov rayonun Mərdəkan qəsəbəsində yerləşən unikal Dendrari parkının və ona bitişik Kurortlar Şurasının balansında olan “Abşeron sanatoriyası”nın torpaq sahələrinə aid 5 hektarlıq sahəni qanunazidd olaraq, 2008-ci il tarixli sərəncamı ilə sabiq nazir Eldar Mahmudova fərdi yaşayış evi inşa etmək üçün ayırıb.
Məlumat üçün bildirək ki, 1995-ci il tarixdən Gülağa İslamov o zaman Əzizbəyov, indi isə Xəzər adlanan bu rayona başçılıq edir. Onun nə vaxta kimi bu rayona rəhbərlik edəcəyi məlum deyil. Ancaq icra başçısının yaxın adamlarının yanında “Əliyevlər nə qədər ki, hakimiyyətdədir, mən də bu rayonun sahibiyəm”- deməsi haqqında şaiyələr gəzir.
Bununla bağlı bildiririk ki, vəkil isə məktubda daha müdhiş faktlar açıqlayıb. 2011 -ci ildə Buzovna qəsəbə sakini Əzizağa Murtuzayevə məxsus, Qala yolunun solunda “Qala bazar” restoran kompleksi ilə bir cərgədə icra başçısı G.İslamova məxsus pivə zavodu ilə üzbəüz yerləşən, ƏMDK-nın balansında olan 0,40 hektar torpaq sahəsi olan 127 saylı yanacaqdoldurma stansiyası (YDS) qanunsuz olaraq E.Mahmudova verilib.
2015-in may ayında Akif Çovdarov quldur dəstəsi ilə birlikdə Xəzər RİH-ə gələrək, icra hakimiyyəti ilə “Azİmport” MMC arasında bağlanmış podrat müqavilələrini, Forma №2 və görülən işlərin təhvil-təslim aktlarını götürərək külli miqdarda yeyintiləri müəyyən edib. Bunun müqabilində icra başçısı G.İslamovdan 5 milyon manat rüşvət alıb.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

13-12-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ