SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Baş nazirin müavini 13.5 milyonluq qalmaqalın mərkəzində – İş adamı biznesini ölkədən çıxarmaq qərarına gəlib

Baş nazirin müavini 13.5 milyonluq qalmaqalın mərkəzində – İş adamı biznesini ölkədən çıxarmaq qərarına gəlib

Tarix:

16-10-2017, 09:25

/ 40 819 dəfə oxundu.
Baş nazirin müavini 13.5 milyonluq qalmaqalın mərkəzində – İş adamı biznesini ölkədən çıxarmaq qərarına gəlib

Ərazisi işğal olunmuş rayonlardan məcburi köçkün düşən vətəndaşlar üçün salınmış qəsəbələrin inşasında yaranan acınacaqlı vəziyyətlə bağlı araşdırma aparılması üçün Prezident Administrasiyasına son bir neçə ayda ünvanlanan çoxsaylı şikayətlər Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovu növbəti dəfə hədəfə gətirib. Bu barədə daxil olan məlumatlarda bildirilir ki, qaçqın və məcburi köçkünlərin şikayət məktiblarının bir çoxu ilk növbədə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanlanıb. Prosesin belə inkişafı isə Əli Həsənova bağlı olan məmur və iş adamlarında narahatlığa, bəzilərində isə qorxuya səbəb olub.
Verilən məlumatlara görə, Əli Həsənovun himayəsi altında olan məmurların bəziləri artıq başqa oliqarxların himayəsinə sığınmaq yollar axtarırlar. Eyni vəziyyət Əli Həsənova bağlı olan iş adamlarının davranışında da müşahidə olunur. Məmurlardan fərqli olaraq işadamlarının daha geniş manevr imkanları var. Məsələn, onların bəziləri hətta ölkəni tərk etməyi belə düşünürlər. Biznesini və sərvətini başqa bir ölkəyə köçürmək istəyənlər arasında “Tender kralı” kimi tanınan Qorxmaz Paşayevin də ölkəni tərk etməyə hazırlaşması haqqında məlumatlar var.
İlk günlərdən kiçik biznesə doğulduğu kəndin adıyla bağlı yaratdığı “Alıbəyli” Kooperativi ilə başlayan Qorxmaz Paşayev tikinti materiallarının alqı-satqısı ilə məşğul olub. Ancaq yaxın zaman ərzində dövlət büdcəsi hesabına həyata keçirilən layihələrə qoşulması Qorxmaz Paşayevi milyonçuya çevrib. Bu layihələrin bir çoxunu isə Qorxmaz Paşayev özünün “Alıbəyli” Kiçik Müəssisəsi ilə həyata keçirib.
Mənbənin bildirdiyinə görə, Qorxmaz Paşayevin “Alıbəyli” Kiçik Müəssisəsi dövlət büdcəsi hesabına həyata iri məbləğli layihələrə qatılması Əli Həsənov Qaçqınların və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin sədri təyin olunduqdan sonra mümkün olub. Bu layihələr arasında əsas yeri ilk illər məcburi köçkünlər üçün tikilən qəsəbələr təşkil edir. 2004-cü ildə “Alıbəyli” Kiçik Müəssisəsi “Alıbəyli Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilir. Qorxmaz Paşayevin biznesində isə dəyişiklik yalnız bununla bitmir. “Alıbəyli” Kiçik Müəssisəsi “Alıbəyli Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsindən sonra Qorxmaz Paşayev yol şəbəkəsi, su və qaz xətləri, elektrik şəbəkəsi, drenaj və kanalizasiya sistemlərinin inşası üzrə tenderlərə qoşulmaq imkanı qazanır. Məsələn, Azərsu Açıx Səhmdar Cəmiyyətinin Qrantlar hesabına Şamaxı rayonunda həyata keçirilən su paylayıcı sisteminin və sugötürücü qurğuların tikintisi üzrə 13.5 milyonluq tenderin qalibi olur. Tezliklə isə bütün ölkə boyu su və kanalizasiya çəkilişləri ilə bağlı tenderləri qazanmağa nail olur. Bir müddətdən sonra isə “Alıbəyli Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin həyata keçirdiyi tenderləri “T.T.Ş” Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirməyə başlayır. Bu isə ictimaiyyətdə “Alıbəyli Şirkəti” MMC-nin “T.T.Ş” MMC-yə çevrilməsi kimi qəbul olunur.
İddialara görə, Qorxmaz Paşayevin “Alıbəyli” Kiçik Müəssisəsi kimi başlayıb “Alıbəyli Şirkəti” MMC-i ilə davam edən və hazırda “T.T.Ş” MMC-i kimi fəaliyyət göstərən tender biznesinin bu günə kimi həyata keçirdiyi layihələrə 500 milyon manatdan artıq büdcə pulu, beynəlxalq maliyyə institutlarından alınan kredit və qrant sərf edilib. Ancaq rəqəmin bir milyard manatdan artıq olduğunu da iddia edənlər var.
İndi isə Qorxmaz Paşayevin bu tenderlərin həyata keçirilməsi zamanı qazandığı sərvətini və bu sərvətlər hesabına qurduğu biznesini Azərbaycandan çıxarması haqqında məlumatlar dolaşmağa başalayıb. İddialara görə, bu şaiyələrin yayılması Qaçqınların və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun hakimiyyətdəki mövqelərinin zəifləməsi ilə bağlıdır.
Məsələ ondan ibarətdir ki, bir müddət əvvəl Əli Həsənov nəvəsi Nail Allahverdiyevin iki nəfərin ölümü, iki nəfərin ağır yaralanması olayından sonra cəmiyyətin kəskin etirazları ilə qarşılaşdı. Hətta bir çox qaçqın və məcburi köçkün Əli Həsənovun istefasını tələb etdi. Əli Həsənovla bağlı bu olay isə getdikcə Qorxmaz Paşayevin də planlarını pozub. Elə bu təhlükələrdən qorunmaq məqsədilə Qorxmaz Paşayev biznesini ölkədən çıxarmaq qərarına gəlib.

AzToday.az

Şərhlər

XƏBƏR LENTİ