yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Xaləddin İsgəndərovla Akif Çovdarovun sövdələşməsi necə bitdi?

Xaləddin İsgəndərovla Akif Çovdarovun sövdələşməsi necə bitdi?
12-10-2017, 18:08 106 727 dəfə baxılıb
yüklənir...

Binəqədi rayon icra hakimi Xaləddin İsgəndərovun MTN-nin həbsdə olan odioz generalı Akif Çovdarova qurban etdiyi yaşıllıqlar heyf oldu
Məlumata görə, MTN generalının inşa etdirdiyi binalardan birinin də Bakı şəhəri, Binəqədi rayonu 7-ci mikrorayon ərazisində yerləşməsi ağacların qırılmasına səbəb olmuşdu.
Abay Kunanbayev küçəsində, keçmiş Bolluq bazarının qarşısında yerləşən binanın tikintisi Çovdarovun həbsindən dərhal sonra dayandırıldı.
Nəticədə nə Çovdarov o binanın tikdirə bildi, nə sakinlər evinə köçdülər, nə də yaşıllıqlar bərpa edildi. X.İsgəndərov isə MTN-nin cinayətkar generalına görə rayonun yaşıllıqlarını məhv etdi.
Əvvəlcə qeydiyyatdan qeyri-yaşayış binası kimi keçirilən tikili daha sonra 42 mənzildən və 6 qeyri-yaşayış obyektindən ibarət yaşayış binası kimi inşa olunub.
Qonşuların dediklərinə görə bina qarşı tərəfdə yerləşən yaşayış binasının həyətində insanların istirahəti üçün nəzərdə tutulmuş park ərazisində tikilib.
Binanın təməli qoyularkən ərazidə 120-130 ağac kəsilərək yaşıllıq tamamilə məhv edilib. Nədənsə, Binəqədi Rayon İcra Hakimiyyəti də həmin vaxtda bu qədər ağacın kəsilməsinə heç bir reaksiya verməyib.
Hər halda 120-dən çox ağacın kəsilməsi və yaşıllığın məhv edilməsi faktdır. Çovdarov binanı tikdirməyə başlayarkən əvvəlcə bütün sənədlər onun qızının adına rəsmiləşdirilib.
Onun həbs edilməsi ərəfəsində isə sənədlər başqa bir şəxsin adına keçirilib. Amma bu addımı da Çovdarovu kimisə aldatmağa imkan verməyib.
O həbs edilən kimi tikintidə işlər dayandırılıb. Binanın bundan sonrakı taleyi isə hələlik məlum deyil.
X.İsgəndərovun icazəsi olmadan rayon ərazisində yaşıllıqları qırıb tikinti aparmaq absurd olardı.
İstənilən şəxs Binəqədidə daşı daş üstünə qoymaq istəsə RİH-nin əməkdaşları başınının üstünü kəsdirəcək.
Bu o deməkdir ki, icra başçısı ilə MTN generalı arasında bir sövdələşmə olub. Tərəflərin razılaşması əsasında tikintiyə başlanıb.
Belə ki, dəstə Binəqədi rayonunda tikinti işlərinə bütün nəzarəti həyata keçirir. Binəqədidə heç kim Orxanın qeyri-rəsmi razılığ olmadan daşı-daş üstünə qoya bilməz.
Orxan və dəstəsi açıq şəkildə Binəqədi rayonunun ərazisindəki qəsəbə və kəndlərdə terror küləyi əsdirirlər. Hər şeyin öz qiyməti var və qiymətlər bir qayda olaraq dəyişir.
Ortalama olaraq isə bir mərtəbəli ev üçün 10 min manat, iki mərtəbəli ev üçün 20 min manat, mansard üçün 5 min manat alırlar.
Şikayətçilər bildirirlər ki, mütəşəkkil dəstə bu vəsaiti almadan heç kimə tikinti aparmağa icazə vermirlər. Tikinti aparan şəxslərin isə evlərini başlarına yıxırlar.
Qəribə odur ki, həmin dəstə heç bir rəsmi funksiya daşımır, sadəcə icra başçısı Xaləddin İsgəndərovdan «külli-ixtiyar» aldıqlarını bildirirlər.
Mütəşəkkil dəstəninin başçısı Orxan, Nicat adlı şəxslərin Biləcəri icra nümayəndəsində, Arif və Fuadın Binəqədi kənd icra nümayəndəsində işlədiyi bildirilir.

Palitika.Az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Akif, nece, Chovdarovun, sgenderovla, Xaleddin, bitdi, sovdeleshmesi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-10-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ