SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Qaraçuxur axundunun cənazə biznesi: “Hər ay xeyli meyit itkin düşürmüş”-İTTİHAM

Qaraçuxur axundunun cənazə biznesi: “Hər ay xeyli meyit itkin düşürmüş”-İTTİHAM

Tarix:

12-10-2017, 16:55

/ 109 150 dəfə oxundu.
Qaraçuxur axundunun cənazə biznesi: “Hər ay xeyli meyit itkin düşürmüş”-İTTİHAM

“Bu ilin avqust ayında Qafqaz Müsəlmanları İdarəsi Qaraçuxur qəsəbəsindəki məscidin fəaliyyətini yoxlamaq üçün bu ibadət ocağına komissiya göndərib. Aparılan müşahidələr və araşdırmalar nəticəsində məlum olub ki, məsciddən ən azı 20-30 cənazə “itkin düşüb””.
Bu gülməli olduğu qədər də maraqlı iddianı məscid əhli əməkdaşımızla söhbətində bildirib.
Cənazələrin “itkin düşməsi”nin sirrinə gəlincə, bu, heç də meyitlərin dini rəvayətlərdə deyildiyi kimi qeybə çəkilməsiylə bağlı deyimiş. Sən demə, Qaraçuxur axundu İlyas (Musəvi) Nəzərov Miri oğlu həzrətləri məsciddə yuyulan cənazələri Qafqaz Müsəlmanları İdarəsindən gizlədirmiş. Hər ay məsciddə 50-60 cənazə yuyulduğu halda, onlardan yalnız bir qismi sənədləşdirilirmiş. Bu da azmış kimi, axund orda-burda danışırmış ki, bütün “cənazə haqlarını” son qəpiyinə qədər QMİ-ə verirmiş. Söz-söhbət idarəyə çatınca qurum faktı araşdırmaq üçün məscidə komissiya göndərib. Bir neçə günlük müşahidədən sonra Qaraçuxur axundunun Qafqaz Müsəlmanları İdarəsinə xeyli “atdığı” məlum olub.
Məlumatı araşdırmaq üçün Qaraçuxur məscidinə yollandıq. Görüşdüyümüz cənazə xidmətləri əməkdaşları faktı təsdiqləməklə qalmadılar, bizi heyrətləndirən bir sıra məlumatları da ağızlarından qaçırtdılar.
Məscidin cənazə xidmətlərinin sürücüsü Ceyhun Ağayev etiraf etdi ki, hər meyiti məzara daşımaq üçün Qaraçuxur axunduna 20 manat pul verməlidir. Əks halda, meyit məscidin həyətindən kənara çıxarıla bilməz.
Məscidin yuyucusu Zülfüqar Hacıyevin isə sinəsi lap dolu imiş. Onun bildirdiyinə görə, bütün məscidlərdə ölüyuyanlara bu xidmətləri üçün 15 manat pul verilir. Bundan əvvəlki axund Mir Fəttah ağanın zamanında Qaraçuxurda da belə imiş. Elə ki, İlyas Nəzərov Mir Fəttah ağanın yerini ələ keçirdi, Qaraçuxur məscidində molladan tutmuş meyityuyana qədər hər kəsin iqtisadi vəziyyəti pisləşdi: “Axund ilk növbədə bizim 5 manatımıza göz dikdi. Əvvəl 15 manata etdiyimiz xidməti indi 10 manata görürük. Yuyucular da məcbur qalıb ölü sahiblərindən “halallıq” pulu alırlar. Əlavə “hallallıq” pulu bəzən 10, bəzən 20 manat arasında dəyişilir. Beləcə, həm biz zərərə uğrayırıq, həm ölü yiyəsi.”
Yuyucunun bildirdiyinə görə, Qaraçuxur məscidində rəsmi ölüyuma məzənnəsi 60 manatdır. Həmin məbləğin 10 manatı yuyuculara, qalanı isə axunda çatır. Axund isə bildirir ki, bu 50 manatı QMİ-nə verir. İdarənin cənazə biznesini yoxlamaq məscidə komissiya yollaması və araşdırma nəticəsində hər ay ölülərin bir qisminin qeydiyyata alınmamasının təsbit edilməsi isə axundun tək bu biznesdən hər ay 1000-1500 manat qazandığını təsdiqləyir.
Cənazə biznesinin qazancı bununla da bitmir. Yuyucu Zülfüqar Hacıyev deyir ki, axund kəfəndən də xeyli qabağa düşürmüş: “Kəfən bezinin bir topu 100 metr olur. Qaydalara görə, hər topdan ortalama 14 kəfən çıxır. Axund isə bizdən 18 kəfən çıxartmağı tələb edir. Məcburən biz də bu əmri yerinə yetirməli oluruq. Dolayısıyla ölülərin “köynəyindən”, “şalvarından” kəsirik. Uzun və dolu meyitlərə biçdiyimiz “paltar”lar əyinlərinə dar gəlir. Amma daha sonra meyitləri 2.5 metrlik ağa bükdüyümüzdən bu eyibləri görünmür. Bütün bu biabırçılıq isə bir top parçadan 4 kəfən artıq çıxarmaq, yəni axundun 200 manat artıq qazanması üçündür. Halbuki, bir meyitə heç 10 manatlıq bez getmir”.
Məscidin adını çəkilməsini istəməyən mollaları da axunddan şikayətləndilər. Onların dediyinə görə, axund onlara hər ay 20-30 manat “tas” qoyub. İşləri oldu- olmadı, bu xəracı ödəməlidirlər. Ən maraqlısı odur ki, “pullu” yaslara axundun özü gedir. Statusundan istifadə edib ölü sahibindən bəzən 150, bəzən 300 manat “qonorar” alır.
Axundun toylardan qazancı da pis deyilmiş. Əsasnaməyə görə, müftə olan kəbinkəsmə Qaraçuxur məscidində 50 manatadır. Maraqlıdır ki, bu məzənnə yalnız şiələr üçün keçərlidir. Məscidin sünni imamı kəsdiyi kəbin üçün heç bir təmənna güdmədiyindən Qaraçuxurun şiə əhalisinə evlənmək xərci 50 manat baha başa gəlir. Başqa sözlə desək, vay da olsa axundun kefidir, toy da olsa axundun kefidir.
İlyas müəllimin nəzirlərdən də qazancı pis deyil. Məscid əhlinin dediyinə görə, nəzir qutularını birinci axundun özü açır, sonra şahidləri qutu açmağa çağırır.
Qaraçuxur məscidinin axundu “ötkəmliyi” ilə də seçilir. Yanında işləyənlərin “dikbaşlığına” xeyli səbrsiz yanaşan İlyas Nəzərov onları kötəkləməkdən belə çəkinmir. Ətrafına topladığı tərəfdarlarına “dikbaş əməkdaşları” döyməyi dəfələrlə tapşırdığı bildirilir.
Ən maraqlı şikayətlərdən biri də axundun həmin vəzifəyə təyin olunduğu ilk dövrlər sübh namazına gəlməməsiylə əlaqədardır. Məscid əhlinin dediyinə inansaq, uzun müddət davam edən bu ənənə ciddi söz-söhbətə yol açdığından hazırda axund yuxusuna haram qatmağa məcburdur, o da ki ara bir...

Ovqat.com

Şərhlər

XƏBƏR LENTİ