SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Dünyadakı azərbaycanlılar Nazim İbrahimovdan narazıdır

Dünyadakı azərbaycanlılar Nazim İbrahimovdan narazıdır

Tarix:

12-10-2017, 15:52

/ 60 741 dəfə oxundu.
Dünyadakı azərbaycanlılar Nazim İbrahimovdan narazıdır

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu bir neçə gündür, dünyada yaşayan azərbaycanlılara müraciət edərək "Siz Diasporla İş üzrə Dövlət Komitəsinin işindən razısınızmı?” adlı sorğu keçirir.

http://aze.in.ua/ saytında yerləşdirilən sorğunun hazırkı gedişi barədə məlumat yayan Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu və Dünya Azərbaycanlıları Beynəlxalq Koordinasiya Mərkəzinin sədri Hikmət Cavadov bildirib ki, indiki nəticələr gözlənilən olsa da, onu sevindirməyib: "Axı kor nə istər ki? Əfsuslar olsun ki, reallıq budur, əziz diasporumuz!”

Qeyd edək ki, bu günədək sorğuda iştirak edən 1405 nəfərin 71-i (5 faiz) komitənin fəaliyyətindən razıdır. Sorğu iştirakçılarının 746 nəfəri (53 faiz) razı qalmadığına, 588 (42 faiz) nəfər isə komitənin bağlanmasına səs verib.

H.Cavadov sorğunun nəticələrinə əsasən bəyanat yayacaqlarını bildirib: "Ürəyimiz Azərbaycanla döyünür! Dövlətimiz üçün canımız fəda olsun!”

BakuPost.az

Şərhlər

XƏBƏR LENTİ