SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Qüdrət Şükürov Gümüş Plazadakı mənzillərini 1.8 milyona satdı

Qüdrət Şükürov Gümüş Plazadakı mənzillərini 1.8 milyona satdı

Tarix:

10-10-2017, 13:54

/ 84 453 dəfə oxundu.
Qüdrət Şükürov Gümüş Plazadakı mənzillərini 1.8 milyona satdı

Son vaxtlar məmurların çoxu öz mülklərini satışa çıxarıblar. Bu əsasən maliyyə böhranı ilə bağlıdır.
Belə məmurlardan biri də Bakı Lift İdrəsinin direktoru Qüdrət Şükürovdur.
Daxil olan məlumata görə, Qüdrət Şükürov dəbdəbəli həyat tərzi ilə bağlı mətbuatda gedən məlumatlardan sonra vəzifəsi ilə vidalaşmalı olub. Onun hətta şəhərin meri Hacıbala Abutlaıbov tərəfindən vəzifəsindən uzaqlaşdırılması ilə bağlı mətbuatda məlumat da yayıldı. Ancaq Qüdrət Şükürov sonda vəzifəsini qoruya bilib.
Məlumata görə, Lift İdarəsinin direktoru məşhur "Gümüş Plaza"dakı 2 mənzilini ( 900 min + 900 min ) 1, 8 milyona sataraq vəziyyətdən çıxa bilib.
Görəsən, adi idarə direktorunda bu qədər pul haradandır? Dəyəri 10 milyonlarla ölçülən evlər, villalar hansı pulla əldə olunub?
Nə üçün hüquq-mühafizə orqanları, müvafiq qurumlar bunu araşdırmır?
Bunun üçün mütləq Prezident göstəriş verməlidir ?

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

NUH.az

Şərhlər

XƏBƏR LENTİ