SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ziya Məmmədov kömək istəyir - İDDİA

Ziya Məmmədov kömək istəyir - İDDİA

Tarix:

9-10-2017, 15:15

/ 61 712 dəfə oxundu.
Ziya Məmmədov kömək istəyir - İDDİA

Keçmiş həmkarları sabiq nazirə kömək etmir, nazir quda neytral mövqe seçib, Cavid Qurbanov isə boş vədlər verir
Ziya Məmmədovun nazir postu ilə vidalaşması nəzarətindəki biznes imperiyasını süquta yaxınlaşdırır.
Daxil olan məlumata görə, rəhbərlik etdiyi Nəqliyyat Nazirliyi ləğv olunandan sonra Ziya Məmmədovla yanaşı oğlu Anar Məmmədova bağlı olan biznes qurumlarına ciddi problemlər yaradılıb.
Bildirilir ki, Z.Məmmədovun ailə üzvləri və digər yaxınlarının böyük biznesə “ayaq açmaları” nazir vəzifəsinin geniş imkanları hesabına reallaşıbmış. Artıq bu imkanlar əldən çıxıb:
“Bu adamlar biznes sahəsində xüsusi qabiliyyət sahibi olmayıblar. Yalnız vəzifənin verdiyi gücdən sui-istifadə edərək, böyük sərvət və bu sərvətin fonunda inzibati amirlik sisteminə söykənmiş biznes qurumları qurublar. Nazir vəzifəsindən getdikdən sonra isə bu biznesin çöküşü də təbidir”.
Mənbə iddia edir ki, Z.Məmmədova və yaxın çevrəsinə məxsus bəzi əmlaklar əllərindən çıxarılıb: “Məmmədovların nəzarətində artıq bir neçə ev və prespektivi olmayan bir-iki obyekt qalıb ki, onları da tədricən itirəcəklərinə şübhə etmirəm”.
Sabiq nazirin oğlu, xarici ölkə səfirlərindən birinin avtomobilində tez-tez Şüvəlandakı villalarına təşrif buyuran Anar Məmmədov isə hətta Azərbaycan Qolf Federasiyası işçilərinin maaşlarını ödəyə bilmir. Bu səbəbdən də onu federasiyadan uzaqlaşdırmaq istəyirlər.
Məsələnin təkcə özəl sahələrlə yekunlaşmadığı bildirilir. Hətta Z.Məmmədovun müxtəlif nazirliklərdə işləyən bəzi qohumları da gərgin anlar yaşayır və işlərini itirmək təhlükəsi ilə üzləşiblər. Çünki vaxtilə nazir və hakimiyyətdə nüfuz sahibi olan qohuma güvənərək müəyyən qanun pozuntularına yol veriblər.
Qeyd edək ki, Ucar rayonunun Qazyan kənd sakini, sahibkar Fərzalı Əhməd oğlu Əhmədovun bir müddət əvvəl “Yeni Müsavat” qəzetində müraciəti dərc olunub. O, sabiq nəqliyyat naziri Ziya Məmmədovun ona 40 (qırx) min manat borcunun olduğunu iddia edib.
Şikayətçi bildirib ki, Z.Məmmədov ona məxsus olan fermanı təhdid və saxtakarlıq yolu ilə ələ keçirib. Bu azmış kimi 40.000 manat borcunu verməmək üçün onu öyrədilmiş adamlara döydürüb.
Təbii ki, məqsədimiz həmin şikayəti yenidən gündəmə gətirmək deyil. Ancaq həmin şikayətdəki bir məqam diqqəti çəkməyə bilməz. Belə ki, döyüldüyünü bildirən sahibkarın iddiasına görə, 2014-cü ildə onu qanunsuz alqı-satqıya həmin vaxt Ucarın icra başçsı olan Yaşar Məmmədov (Ziya Məmmədovun qohumudur, hazırda Qubanın icra başçısıdır-red.) təhrik edib. Nəticədə ferma və 100 hektardan çox ərazi Ziya Məmmədovun qohumu Emin Eminovun adına sənədləşdirilib.
Şikayətdə digər diqqətçəkən məqam burada üzə çıxıb. Bu prosesdə, yəni fermanın saxtakarlıqla alınmasında Ziya Məmmədovun qardaşı oğlu, Baş Prokurorluğun əməkdaşı Namiq Məmmədov da iştirak edib.
İddiaya görə, Ziya Məmmədovun Ucar rayonundakı bütün obyektlərinə Namiq Məmmədov nəzarət edir.
Mənbəmiz bildirib ki, bu faktları xatırlatmaqda məqsədi Z.Məmmədovun ən yaxın çevrəsi - özü, oğlu və qardaşından sonra növbənin digər qohumlarına çata bilməsini xatırlatmaqdır.
Məlumatlı şəxs deyib ki, Z.Məmmədov nəzarətində qalan varidatı qorumaq, həmçinin, ailəsi və özünün gələcəyinə təminat almaq üçün müxtəlif yollar arayır. Onun bu məqsədlə hakimiyyətdəki bir neçə nüfuzlu şəxsdən kömək istədiyi bildirilir. Amma hakimiyyətdəki keçmiş həmkarları onunla məsafə saxlamağa çalışırlar: “Hətta ölkə KİV-ləri də yazır ki, vaxtı ilə vəzifəyə çəkdiyi şəxslər də ona yardım etməkdən yayınırlar. Qudası, Şüvəlandakı əzəmətli villasında tez-tez onu yoxlamağa gedən kənd təsərrüfatı naziri Heydər Əsədov isə neytral mövqedə dayanıb”.
Məlumata görə, Ziya Məmmədovun dar günündə əl tutub, irəli çəkdiyi, sonradan aralarında “soyuq küləklər” əsmiş "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov da ona köməklik göstərib, etdiyi yaxşılıqların əvəzini qaytarmaq istəmir. “Deyəsən, Cavid Qurbanov Ziya Məmmədova ümid verməkdən başqa heç nə etmək niyyətində deyil. Zamanın uzanması isə, sabiq nazirə digər mövqelərini itirmək bahasına başa gələ bilər”,-deyə məlumatlı şəxs bildirib.

Reyting.az

Şərhlər

XƏBƏR LENTİ