yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Metro istifadəçilərinin nəzərinə: 50 manat cərimə oluna bilərsiziniz

Metro istifadəçilərinin nəzərinə: 50 manat cərimə oluna bilərsiziniz
7-10-2017, 11:26 85 448 dəfə baxılıb

İctimai nəqliyyatda qaydaları pozan hər bir kəsə qarşı cərimə tədbiq olunur. Bu qayda metro istifadəçilərinə aiddir.

Bəs, metroda hansı hərəkətimizə görə bizi cərimə gözləyir?

Hüquqşunas Asif Abdullayev açıqlamasında bildirib ki, cərimələrin miqdarı qadağan edilən hərəkətə görə dəyişir:

1. Stansiyaların vestibül, keçid, platforma, eskalator və vaqonların salonunu zibilləyən, yaxud həmin obyektlərin üzərində hər hansı yazı yazan şəxsləri on beş manat cərimə gözləyir.

2. Məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olan, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə edən şəxsləri də on beş manat cərimə gözləyir.

3. Eskalatorda sürahinin üstünə əşya qoyan şəxsləri iyirmi manat cərimə gözləyir.

4. Dəmir yoluna hər hansı əşya atan şəxs otuz manat cərimə edilir.

5. Eskalatorun sürahisini çıxardan, zərurət olmadan “Stop” açarından istifadə edən, stansiyaların vestibüll, keçid və platformalarında, vaqonlarda siqaret çəkən, qatarın hərəkəti zamanı vaqonun qapılarını açan, qatarın yola düşməsini ləngidən şəxslər 50 manat cərimə olunur.

6.Həmçinin, özbaşına dəmir yoluna düşən, metropolitenin işçiləri üçün nəzərdə tutulan ərazilərə daxil olan, açıq oddan, pirotexniki qurğulardan (fişəng, partlayıcı və sair) istifadə edən şəxsləri də 50 manat cərimə gözləyir”.

Odur ki, metroda cərimələnmək istəmirsinizsə, təhlükəsizlik qaydalarına əməl etməlisiniz.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: oluna, manat, nezerine, cerime, 50, Metro, bilersiziniz, istifadechilerinin
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

14-11-2018


13-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ