SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Allahşükür Paşazadə “kəfəni yırtdı”: Şeyxin oğlu vətənə dönüb

Allahşükür Paşazadə “kəfəni yırtdı”: Şeyxin oğlu vətənə dönüb

Tarix:

6-10-2017, 09:40

/ 89 228 dəfə oxundu.
Allahşükür Paşazadə “kəfəni yırtdı”: Şeyxin oğlu vətənə dönüb

Qafqazın Şeyxi Allahşükür Paşazadə “kəfəni yırtdı”. Şeyx əleyhinə başlanmış total kampaniyaya son qoyuldu
Ölkə rəhbərliyinin nəzarətinə götürdüyü məsələ bu dəfə də A.Paşazadə üçün yaxşı sonluqla bitmiş oldu.
Əldə etdiyimzi xəbərə görə, Türkiyəyə birdəfəlik köçdüyü açıqlanan Şeyxin oğlu Məhəmməd Paşazadə Azərbaycana qayıdıb.
A.Paşazadənin qudası Qalib Salahzadə Şeyxin övladının ailəsi ilə birlikdə ölkədən həmişəlik getdiyini təsdiqləmişdi.
Hətta sonuncu dəfə Şeyxi pərişan gördüyünü demişdi. Lakin gələn son xəbərlərdə iddia edilir ki, M.Paşazadə vətənə qayıdıb və siyasi rəhbərliyin qarantiyası var.
Paşazadəyə qarşı çıxan qüvvələr illərdir ki, onu devirmək və Qafqaz Müsəlmanları İdarəsini götürmək niyyətindədirlər. Amma hər həmlədə onların cəhdləri puça çıxır.
Son qalmaqal - Şeyxin Çexiyadakı biznesi və oğlunun varislik məsələsindən kontur arqument kimi istifadə edən iqtidardakı bəzi dairələr var gücü ilə səfərbər olmuşdular.
Bəzilərində əminlik yaranmışdı ki, QMİ sədri artıq bu mərhələdə yeniləcək. Fəqət ölkə rəhbərliyinin dəstəyi Şeyxin üzərində “şimşəkləri çəkdi”.
Əldə etdiyimiz xəbərə görə, hakimiyyət düşərgəsində ciddi müzakirələr olub. Ölkə rəhbərliyinin göstərişləri və əmrləri çatdırılıb. A.Paşazadə əleyhinə fəaliyyətə qoşulanlara son xəbərdarlıq edilib.
Onun hazırkı vəziyyətdə, ölkədə dini durumun nəzarətdə saxlanması baxımdan önəmli kadr olduğu diqqətə çatdırılıb. Odur ki, Şeyx əleyhinə kampaniya dayandırılıb.
Oğlunun da vətənə qayıdışı təmin edilib və siyasi zəmanət verilib. Hətta Şeyxin qudasının oğlunun da azad olunacağı istisna edilmir.
Hacı Qalibin “vurulması” isə məhz Şeyxlə əlaqələndirilir. Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadə artıq 2 həftədir ki, həbsdədir.
O, “Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir. Əlihüseyn Salahzadə sentyabrın 13-də Nəsimi Rayon Məhkəməsi tərəfindən həbs edilərək, Kürdəxanı həbsxanasına göndərilib.
Ona qarşı Cinayət Məcəlləsinin 315.2 maddəsi (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə cinayət işi açılıb.
Hacı Qalib oğlunun həbsi ilə bağlı mətbuata açıqlamasında bunu “qondarma qərar” adlandırsa da, faktiki olaraq, artıq Əlihüseyn Salahzadə sentyabrın 18-dən dəmir barmaqlıqlar arxasındadır.
Ə. Salahzadəyə qarşı irəli sürülmüş maddəyə görə, o, 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

Palitika.Az

Şərhlər

XƏBƏR LENTİ