SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Samir Şərifova Cəlilabaddakı əməliyyatlarının mahir ifaçısından şok - Dosye

Samir Şərifova Cəlilabaddakı əməliyyatlarının mahir ifaçısından şok - Dosye

Tarix:

5-10-2017, 10:19

/ 60 389 dəfə oxundu.
Samir Şərifova Cəlilabaddakı əməliyyatlarının mahir ifaçısından şok - Dosye

Maliyyə naziri Samir Şərifov Cəlilabad Rayon Maliyyə İdarəsinə yoxlama göndərə bilər
Əldə etdiyimiz xəbərdə iddia edilir ki, idarə rəisi Əlinazim Quliyev nazirlikdən gizli əməliyyatlar həyata keçirib.
Ə.Quliyevin dosyesi nazirliyə təqdim olunub. Onun fəaliyyəti dövründə yol verdiyi nöqsanlar, maxinasiyalar, nazirlikdən gizli maliyyə işləri, büdcə təşkilatları ilə birgə mənimsəmələr S.Şərifova xəbər verilib.
İndiyə qədər anonim məktublarla dolu şikayətlər nazirliyə göndərilsə də, S.Şərifov cənub bölgəsindəki bu kadrı barəsində tədbir görməyib.
Cəlilabad toylarında qarmon çalan, “helloza” mahnısının məhşur ifaçısı kimi tanınmış bu şəxs indi Cəlilabad Rayon Maliyyə idarəsinin rəisi işləyir.
Quliyev Əlinazim Şahsuvar oğlu qarmondan əlavə maliyyə əməliyyatlarının mahir ifaçısıdır.
Üstəlik, dövlət başçısının sərəncamına uyğun olaraq, ali təhsili olmayan şəxslər heç bir vəzifədə,o cümlədən idarə rəhbəri vəzifəsində işləyə bilməz.
Bütun bunlara baxmayaraq, hazırda Cəlilabad rayon Maliyyə idarəsinin rəisi Əlinazim Quliyev orta ixtisaslı maliyyəçidir.
Əldə etdiyimiz xəbərdə iddia edilir ki, nazirlik bəzi yerli idarələrdə dəyişikliklərə gedəcək.
Əlinazim Quliyevin ali təhsili yoxdur və onun da adı siyahıda yer alıb. Maliyyə idarəsinin müdiri pulun gücünə vəzifədə qalırmış.
Hətta idarə rəisi bütün yığıncaqlarda açıq şəkildə deyir ki, onun yuxarılarda yetərli qədər güclü adamları var və bu səbəbdən də diplomsuz halda vəzifəsində qala bilir.
Maraqlıdır ki, heç bir iqtisadi savadı olmayan bu adama Cəlilabad kimi bir rayonun maliyyəsini necə etibar ediblər? Maliyyə naziri Samir Şərifov həqiqətənmi işləri bu qədər nəzarətsiz buraxıb?
Bu da azmış kimi, idarə rəisi bəzi KİV-lərdə özü haqda tərifli yazılar yazdırır. Nazirin etmədiyinə cürət edən Ə.Quliyev özünü yaxşı maliyyəçi kimi təqdim edir.
Həmin yazıların birindən sitat: “Əlinazim Quliyev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən rəisdir.
Cəlilabad rayon Maliyyə İdarəsinin rəisi Əlinazim Quliyevin adı, ölkə ictimaiyyətinə bəlli bir addır.
Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər. Əlinazim Quliyev həqiqətəndə savadlı və nüfuzlu Maliyyə işçilərindəndir”.
Təbii ki, heç bir xəbər portalı və ya jurnalist yatıb yuxusunda görməz ki, səhər Cəlilabadın maliyyə rəisi barəsində tərifli məqalə yazsın.
Ə.Quliyevin tapşırığı ilə onu ictimaiyyətə işini layiqincə yerinə yetirən məmur kimi göstərmək cəhdi isə uğursuz alınıb. Lazım olsaydı, S.Şərifov özünü mediada təriflədərdi.

Şərhlər

XƏBƏR LENTİ