SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ziya Məmmədova sərt tələb: Nazirin 4 icra başçısına görə başı cəncəldə

Ziya Məmmədova sərt tələb: Nazirin 4 icra başçısına görə başı cəncəldə

Tarix:

7-02-2017, 00:29

/ 2 528 dəfə oxundu.
Ziya Məmmədova sərt tələb: Nazirin 4 icra başçısına görə başı cəncəldə

Prezident son müşavirədə icra başçılarına ciddi şəkildə xəbərdarlıq etdi. Məmurları soyğunçuluq etməməyə, özbaşınalığa yol verməməyə çağırdı. Onların cəzasının veriləcəyini bəyan etdi. Ölkə başçısının bu mesajları rayon icra hakimiyyətlərində vəlvələ yaradıb.

Məlumata görə, kuratorlara və qubernatorlara təlimatlar verilib. Onların nəzarətindəki icra hakimlərinin fəaliyyətinə diqqət yetirmək tapşırılıb. Bu göstərişlərdən biri də nəqliyyat naziri Ziya Məmmədova yönəlib.

Nazirin nəzarətində olan icra başçılarından Prezident Administrasiyasına şikayətlərin çoxaldığı nəzərinə çatdırılıb. Bu faktorun Z.Məmmədov üçün də yaxşı perspektiv vəd etmədiyi bildirilib.

Mənbə qeyd edir ki, nazirin himayəsində olan Göyçay icra başçısı Mehdi Səlimzadə, Ucar rayon rəhbəri Mənsur Məmmədov, Goranboy icra başçısı Nizaməddin Quliyev və Quba icra hakimi Yaşar Məmmədov işində həssas olmalıdır. Çünki onlarla bərabər nazir üçün imtahan dövrü başlanıb.

M.Məmmədov Göyçaydan Ucara, Y.Məmmədov da Göyçaydan Qubaya təyin olunublar. Son zamanlar hər üç icra başçısının fəaliyyətindən şikayətlər var. Hesablama Palatasının Qubada və Goranboyda aşkarladığı nöqsanlar bunun bariz nümunəsi idi.

Hakimiyyət dairələri analiz edərək regionlarda əhalinin ayaqlanmasının qarşısını almağa, bürokratik əngəlləri, məmur özbaşınalığını sıfıra endirməyi planlaşdırıb.
Çünki hansısa əyalətdə etiraz aksiyası dalğavari yayıla bilər və qarşısıalınmaz prosesə çevrilər. O baxımdan PA-dan icra başçılarına verilən göstərişdə camaatın problemlərini dinləmək tapşırılıb.

Məlumata görə, Ziya Məmmədovun ağzı bir neçə dəfə yanıb. Onun Quba olayında Rauf Həbibov ucbatından töhmət alması, Mübariz Ağayevin MTN hadisəsində ifşa edilməsi, xalası oğlu Mənsur Məmmədovun Göyçayı talaması başağrısına çevrilmişdi. Bundan sonra nazirin qarşısında böyük missiyası var.

Ümumilikdə, ölkə rəhbərliyi özünü apara bilməyən, danışığını bilməyən, reputasiyası bərbad olan məmurlarla, deputatlarla, icra başçıları ilə yolları ayırır. Bu prosesin təbii ki, kütləvi hal almayacağı və mərhələli şəkildə gedəcəyi bildirilir.

Hakimiyyət komandanı yeniləmək və gəncləşdirmək siyasətini gücləndirmək tərəfdarıdır. Gedişatdan belə anlaşılır ki, Ziya Məmmədovun durumu kifayət qədər bərbaddır və bu səbəbdən də təkcə özü deyil, həmçinin əyan-əşrəfinin da postlardakı mövqeləri zəifləyib.

Karyerasının qürub etdiyi bir zamanda oğlu, iş adamı Anar Məmmədovun dostu Trampın supergüc dövlətin prezidenti seçilməsi naziri ruhlandırmışdı.
Lakin gələn son xəbərlərə görə, mərkəzin təlimatı əsasında Məmmədovların Tramp çıxışının bağlanması qərara alınıb.

Onun Trampla əlaqələrinin inkişaf etdirilməsi və hakimiyyətdə yüksəlişi məqbul sayılmayıb. Nazirin həvəslənməsi isə sadəcə epizodik olub və Məmmədovların yenidən geri çəkiləcəyi gözlənilir.

Şərhlər

XƏBƏR LENTİ