SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İllərlə Dubaya qadın aparmış Gülzar necə ələ keçdi?..

İllərlə Dubaya qadın aparmış Gülzar necə ələ keçdi?..

Tarix:

2-10-2017, 17:09

/ 80 267 dəfə oxundu.
İllərlə Dubaya qadın aparmış Gülzar necə ələ keçdi?..

Azərbaycanda 10 il əvvəl insan alveri üzrə axtarışda olan qadın həbs edilib.
Bu, 1968-ci il təvəllüdlü Bakı şəhər sakini Gülzar Məmmədovadır.
Gülzar Məmmədova barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə ittiham elan olunub. O, 2007-ci ildə İnterpol kanalları ilə beynəlxalq axtarışa verilib.
Gülzar Məmmədova əvvəllər məhkum olunmayıb və ailəlidir.
Məlum olub ki, o, uzun illər azərbaycanlı qadınları Dubaya aparıb, orada cinsi istismara məruz qoyub. 2007-ci ildə Dubaydan qayıdan zərərçəkmiş qadınlar İnsan Alverinə qarşı Baş Mübarizə İdarəsinə müraciət ediblər.
Həmin müraciət əsasında cinayət işi başlanıb, amma Gülzar Məmmədovanın tutulması mümkün olmayıb. Onun barəsində əvvəlcə Azərbaycan daxilində axtarış elan edilib. Uzun müddət axtarılsa da, Gülzar Məmmədovanı tutmaq mümkün olmadıqda hüquq-mühafizə orqanları onun barəsində İnterpol vasitəsi ilə axtarış elan edib.
Onun ad-soyadını dəyişməsi axtarışdan yayınmasına səbəb olub. Lakin bu günlərdə Azərbaycana gələn Gülzar Məmmədovanı həbs eləmək mümkün olub.

Faktla bağlı cinayət işi başlanıb.

Şərhlər

XƏBƏR LENTİ