SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Nəvahi DYP-nin əməkdaşı Elsevər Şirəliyevin tükənməz sərvətləri: VİP gözəllik salonu, çayxana və moyka....

Nəvahi DYP-nin əməkdaşı Elsevər Şirəliyevin tükənməz sərvətləri: VİP gözəllik salonu, çayxana və moyka....

Tarix:

30-09-2017, 12:56

/ 86 412 dəfə oxundu.
Nəvahi DYP-nin əməkdaşı Elsevər Şirəliyevin tükənməz sərvətləri: VİP gözəllik salonu, çayxana və moyka....

Son zamanlar mətbuatda korrupsiya və rüşvətxorluğun geniş yayıldığı qurum kimi tanınan Dövlət Yol Polis İdarəsi və yol-patrul xidməti əməkdaşları ilə bağlı geniş müzakirələr aparılmaqdadır.
Vəzifə səlahiyyətlərini aşaraq sürücüləri incidən, qanunsuz olaraq onlara cərimə protokolları yazan, bunun müqabilində onlardan pul tələb edərək bu yolla özlərinə maddi sərvət toplayan və hətta müxtəlif biznes sahələri yaradan yol polisləri, günümüzün "qəhrəman" obrazına çevriliblər.
2 qrup Qarabağ əlili, Şirvan sakini Quliyev Bayram Vaqif oğlu Nəvahi postunun əməkdaşı Elsevər Şirəliyevin yol verdiyi qanunsuzluqla bağlı Daxili İşlər naziri Ramil Usubova müraciət ünvanlayıb.

Bu barədə şikayətçi məlumat verib.

Şikayətçi israr edir ki, adıçəkilən yol polis əməkdaşı səlahiyyət həddini aşaraq dəfələrlə sürücülərə qarşı zorakılıq halları törədərək onların hüquqlarını pozur, səbəb olmadan onlara cərimə protokolu yazacağı ilə hədələyərək bu yolla istəyinə nail olur.
Şikayətçi onu da bildirir ki, Elsevər Şirəliyev topladığı maddi sərvət hesabına Şirvan şəhərində VİP gözəllik salonu, cayxana, mənzi və digər biznes subyektləri əldə edib:

"Hörmətli cənab nazir Ramil Usubov!

DYP-nin Nəvahi postuunun əməkdaşı Elsevər Şirəliyev Yol-Patrul Xidməti haqqında Təlimatı kobud şəkildə pozaraq sürücülərə qarşı qeyri-obyektiv mövqe nümayiş etdirir.
Belə ki, ərazidən keçən sürücülər heç bir əsası olmadan Elsevər tərəfindən saxlanılır və onlara müxtəlif təyinatlı cərimələr tətbiq olunur.
Elsevər Şirəliyevin qəzəbinə tuş gəlmiş sürücülər hər hansı qayda pozuntusuna yol vermədiklərini bəyan etsələr də, nəticəsi olmur.
Heç kimdən qorxmadığını və hətta DİN-də yüksək rütbəli adamının olduğunu bəyan edən yol polis əməkdaşı, müvafiq qanunvericilik tələblərinə əməl etmədən köhnə və nasaz nəqliyyat vasitəsinin texniki vəziyyətinin uyğunsuzluğuna, hətta spirtli içki qəbul edərək sükan arxasına oturmuş sürücülərə belə "güzəştə" gedir.
Çünki bu şəxsin peşə amalı yoxdur, maddi mənfəət onun üçün hər şeydən önəmlidir.
Bunun nəticəsidir ki, Elsevər Şirəliyev Şirvan və yaxın ərazilərdə maddi durumu yüksək olan yeganə yol polisidir.
Baxmayaraq ki, Yol-patrul xidmətinin əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən yüksək mə’nəvi keyfiyyətlərə malik olmalı, sürücülərə qarşı ədəb və nəzakətlə rəftar etməli və ünsiyyət zamanı vətəndaşın şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verməməlidir.

"Hörmətli cənab nazir Ramil Usubov!

Ölkə prezidenti öz çıxışlarında məmur biznesinin, vəzifə səlahiyyətlərindən şəxsi məqsədlər üçün sui-istifadənin yol verilməz olduğunu dəfələrlə vurğulasa da, Elsevər Şirəliyev prezidentin çağırışını qulaq ardına vuraraq açıq şəkildə bizneslə məşğul olur.
Qanunsuz yolla yığdığı pullar hesabına Şirvanda gözəllik salonu, çayxana və digər biznes subyektləri, bahalı mənzillər alıb.
Maraqlıdır ki, çoxlu sayda qanun pozuntularına yol verən yol polisi bu günədək vəzifəsində saxlanılır və sürücülərin çoxsaylı şikayətlərindən bir nəticə çıxarılmır.
Sürücülər arasında belə bir söhbət gəzir ki, Elsevər Şirəliyevin vəzifədə qalması, DYP İdarəsinin rəis müavini Balakişi Əhmədovla yaxın əlaqələrindən qaynaqlanır.
Şikayətçi vətəndaş eləcə də bildirir ki, Elsevər Şirəliyevin DİN-də xidməti yolverilməzdir, belələri daxili işlər orqanlarına bir ləkədir.
Qarabağ veteranı kimi sizdən xahiş edirəm, məsələ ilə bağlı bir tədbir görülsün."- Sitatın sonu
OperativXeber.az olaraq güman edirik ki, Daxili İşlər Nazirliyi tərəfindən məsələyə obyektiv yanaşılacaq və Nəvahi postunun əməkdaşı Elsevər Şirəliyev barədə lazımi tədbir görüləcəkdir.
Xatırladaq ki, barəsində söhbət açdığımız DYP-nin stasionar postu sayılan Nəvahi postu, bu kimi halların ən çox qeydə alındığı post kimi tanınır.
P.S. Gələn sayımızda Elsevər Şirəliyevin Yol Patrul Xidməti Alayının komandiri Balakişi Əhmədovla əlaqələrindən və Şirvanda sahib olduğu "Leyla" VİP gözəllik salonunda işləyən xanımla gizli münasibətlərindən söhbət açacağıq.

OperativXeber.az

Nəvahi DYP-nin əməkdaşı Elsevər Şirəliyevin tükənməz sərvətləri: VİP gözəllik salonu, çayxana və moyka....
Nəvahi DYP-nin əməkdaşı Elsevər Şirəliyevin tükənməz sərvətləri: VİP gözəllik salonu, çayxana və moyka....
Nəvahi DYP-nin əməkdaşı Elsevər Şirəliyevin tükənməz sərvətləri: VİP gözəllik salonu, çayxana və moyka....

Şərhlər

XƏBƏR LENTİ