SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » ““Kontakt Home”dan alıb 4 ay işlətdiyim telefon xarab oldu” - ŞİKAYƏT

““Kontakt Home”dan alıb 4 ay işlətdiyim telefon xarab oldu” - ŞİKAYƏT

Tarix:

29-09-2017, 16:28

/ 105 796 dəfə oxundu.
““Kontakt Home”dan alıb 4 ay işlətdiyim telefon xarab oldu” - ŞİKAYƏT

"Servisə gətirilən telefonların hamısı maksimum 4-5 ay işlənib”.

Bu barədə jurnalist Məhəmməd Türkmən öz şəxsi profilində status yazıb. Jurnalist Kontakt Home-dan aldığı mobil telefonun 4 ay sonra işləmədiyini və buna görə dəfələrlə servis mərkəzinə yollandığını söyləyib:

"Kontakt Home-dan heç nə almayın. Mən telefon almışam, peşmanam. 4 ay işlətdiyim telefon xarab oldu. Verdim servisə, 15 gün keçdi, çağırdılar ki, "Gəlin götürün". Telefonu götürüb bayıra çıxdım, 100 metr gedən kimi telefon söndü və yanmadı. Məlum oldu ki, düzəltməyiblər. Aparıb geri verdim. Növbəti 15 iş günü təyin etmək istədilər, imkan vermədim. O məntiqlə gərək aylarla gedim-gəlim. Servisə gətirilən telefonların hamısı maksimum 4-5 ay işlənib” .

Jurnalistin sözlərinə görə, şirkətin satdığı məhsulun üstünə qoyduğu "xidmət haqqları” ilə də bağlı məsələ də müzakirəlidir. Belə ki, o satılan məhsulların üstünə əlavə xidmətə görə pul qoyulduğunu qeyd edib:

"Elan verirlər ki, faizsiz əşya satırlar. Amma yalandır. Kreditlə 700 manata və faizsiz təklif etdikləri soyuducu nağd satışda 450 manata verilir. Bütün bunların üstünə 50-100 manat arası xidmət haqqı pulu da gəlirlər. Eyni məntiqlə gərək mağazadan su alanda satıcı desin ki, "1 manat da əlavə ödəniş edin. Çünki sizə xidmət etmişəm". Bu lap "Bakcell"in "Kredit borcunuzu öyrənmək üçün sms göndərin. Xidmət haqqı filan qəpik" söhbətinə oxşadı. Düşün ki, sənin qonşuya borcunuz var. Soruşursan ki, "Qonşu, sənə mənim nə qədər borcum var?" O da deyir ki, "5 manat ver, deyim".”

Şirkətin rəsmi mövqeyini də dərc etməyə hazırıq.
““Kontakt Home”dan alıb 4 ay işlətdiyim telefon xarab oldu” - ŞİKAYƏT
““Kontakt Home”dan alıb 4 ay işlətdiyim telefon xarab oldu” - ŞİKAYƏT

Şərhlər

XƏBƏR LENTİ