SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Tibbi-sosial problemlərin həllinə dəstək mərkəzi yaradıldı

Tibbi-sosial problemlərin həllinə dəstək mərkəzi yaradıldı

Tarix:

28-09-2017, 21:31

/ 101 371 dəfə oxundu.
Tibbi-sosial problemlərin həllinə dəstək mərkəzi yaradıldı

Bu gün Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Bakı şəhərində “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layihəsində nəzərdə tutulmuş və zərurətdən irəli gələn "Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi"-nin açılış mərasimini keçirib. Fonddan verilən məlumata görə, mərkəzin açılışında adiyyəti olan QHT rəhbərləri, şəhid ailələri, Əfqanıstan, Qarabağ müharibəsi və Çernobıl əlilləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Oruc tədbirə başlamazdan öncə tədbir iştirakçılarından, Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda Şəhid olmuş hərbiçilərin və vətəndaşların xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasını xahiş edib.
Sonra S.Oruc həyata keçirilən layihə və mərkəzin yaradılması haqqında məlumat verərək bildirib ki, şəhid ailələrinin və müharibə əlillərinin onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş sığorta pul vəsaitlərinin almalarına və həmçinin Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyasından rəy almış müharibə əlillərinin xarici ölkələrdə müalicələrinin adiyyəti olan Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən təmin olunmasına hüquqi köməklik göstərərək adı çəkilən vətəndaşlar arasında yaranmış narazılıqları aradan qaldırmaqdan ibarətdir.
Amma çox təəsüflər olsun ki, şəhid ailələri və müharibə əlillərinin və veteranların əksər hissəsi son illər Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış Fərman və Sərəncamlar haqqında qanunları bilmədikləri üçün onlara şamil edilmiş imtiyazlardan faydalana bilmir, çox vaxt tibbi-sosial problemlərlə üzləşirlər. Bəzi aidiyyati olan icra orqanlarında, tibb müəssələrində şəhid ailələri və müharibə əlillərinə olan biganəlik və laqeyd münasibət onları mənən sarsıdır. Tibbi müalicəyə ehtiyacı olan müharibə əlilləri onlara dövlət tərəfindən verilmiş səhiyyə imtiyazları haqqında qanunları bilmədikləri üçün vaxtı-vaxtında müalicə almırlar. Buna görə də onlarda yeni-yeni xəstəliklər yaranaraq vaxtsız dünyasını dəyişirlər.
Daha sonra S.Oruc Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSEK-ında elektron xidmət vasitəsi ilə əlliliyin təyin olunması, əlillik müayinəsinin nəticəsi, növbəti əlillik müayinəsinin nə zaman keçiriləcəyi və sonuncu müayinə barədə məlumat almaq üçün, əlil vətəndaşlara "Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” adlı (https://www.e-gov.az/az/services) e-xidməti yaradılması barəsində tədbir iştirakçılarına ətraflı məlumat verib.
Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun Baş müşaviri, ehtiyatda olan polkovnik Elşad Şabanov çıxış edərək qeyd edib ki, şəhid ailələrinin, müharibə əlillərinin və veteranların tibbi-sosial problemlərinin həlli istiqamətində dövlətin diqqət və qayğısını artırmaq məqsədi ilə Ulu Öndər Heydər Əliyev müvafiq Fərman və Sərəncamlar imzalamışdı. Bu gün də bu təbəqəyə diqqət və qayğını artırmaq üçün Prezident İlham Əliyev tərəfindən müxtəlif Fərman və Sərəncamlar imzalanır. Bu gün şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial problemlərinin həlli dövlətin daim diqqət mərkəzindədir. Prezidentin bu təbəqələrdən olan insanların sosial rifah halının yaxşılaşdırılması məqsədilə ardıcıl imzaladığı fərman və sərəncamlar, dövlətimizin başçısının tapşırığı əsasında ildən-ilə gücləndirilən mühüm sosial proqramlar onların etibarlı sosial müdafiə sistemi, hərtərəfli dövlət qayğısı ilə əhatə olunmalarına şərait yaradıb. Respublika Veteranları Təşkilatı da şəhid ailələrinin, müharibə və silahlı qüvvələr veteranlarının, əlillərin tibbi-sosial məsələlərinin həlli istiqamətində səylə çalışır.
Azərbaycan Respublikası Veteranlar Təşkilatının şöbə müdürü, ehtiyatda olan polkovnik-leytenant İbrahim Ağacanov həyata keçirilən layihə ilə çıxış edərək ümüd edərək bildirib ki, həyata keçirilən layihə sahəsində yaradımış "Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi"ndə, şəhid ailələrinin, Əfqanıstan, Qarabağ müharibəsi əlillərinin və Çernobıl qəzası zamanı əlil olanların tibbi-sosial hüquqları müdafiə olunmalarına ictimai dəstək verərək “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikasının Qanununun icrasına öz xeyirli tövhəsini verəcəkdir.
“Ehtiyatda olan Zabitlərin Konfederasiyası” Birliyinin Səbail rayon şöbəsinin sədri ehtiyyatda olan polkovnik Xətai Baxişov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında yaradılmış İctimai Şuranın üzvü, Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi Birliyinin sədri Rövşən Ağamalıyev, “Vətən Müharibəsi Əlillərinə Kömək” Birliyinin sədri Qurban Məmmədov, Respublika Vətənpərvərlər Cəmiyyətinin sədri, Çeçenistanın milli Qəhramanı şəhid ailəsi Arif Məhərəmov, “Avropa Demokratiya və İnsan Haqları Fondunun Azərbaycan Nümayəndəliyinin rəhbəri Məcid Məmmədov və bşqa şəhid ailələri, müharibə əlilləri çıxış edərək şəhid ailələrinin və müharibə əlillərinin qanunla nəzərdə tutulmuş sığorta pullarının verilməsində və həmçinin Vətəndaşların Respublikadan Kənarda Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyyasından rəy almış müharibə əlillərinin xarici ölkələrdə müalicə olunmalarında yaranmış problemlərdən danışıblar.
Çıxışların sonunda belə bir əhəmiyyətli layihənin və layihə sahəsində "Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi"nin yaradılmasını müsbət qiymətləndirərək, mərkəzin yardılmasına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və layihənin icraçısı olan “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fonduna öz təşəkkürlərini bildiriblər.
Tədbirdə şəhid ailələrinə və müharibə əlillərinə “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi və sosial hüquqları” haqqında maarifləndirmə kitabları paylanılıb.
Tədbir layihənin hüquqşünası İlham Əhmədov tərəfindən şəhid ailələrinin, müharibə əlillərinin tibi-sosial məsələləri və sığorta pul vəsaitlərini almaları və əlil vətəndaşlara "Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” adlı (https://www.e-gov.az/az/services) e-xidmətindən necə istifadə etmələri barəsində sualları cavablandırlıb aydınlıq gətirilərək yekunlaşıb.
Tibbi-sosial problemlərin həllinə dəstək mərkəzi yaradıldı
Tibbi-sosial problemlərin həllinə dəstək mərkəzi yaradıldı
Tibbi-sosial problemlərin həllinə dəstək mərkəzi yaradıldı
Tibbi-sosial problemlərin həllinə dəstək mərkəzi yaradıldı

Şərhlər

XƏBƏR LENTİ