SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Məmur qardaşların milyonlar dəyərində olan “Su səsi” restoranı”

“Məmur qardaşların milyonlar dəyərində olan “Su səsi” restoranı”

Tarix:

28-09-2017, 18:29

/ 120 445 dəfə oxundu.
“Məmur qardaşların milyonlar dəyərində olan “Su səsi” restoranı”

“Qanunun şahdır, Şah qanunun deyil”
İlham Əliyev

Aqillər deyiblər ki, qanun şahdır, şah qanun deyil! Qanunun şahlığını qorumaq, onun bütün tələblərinə əməl etmək insanın mənəvi borcudur.
Hər bir xalqın ən böyük arzusu müstəqil milli dövlət qurmaqdır. Milli dövlətçiliyə atılan ilk addımlardan biri, deyərdim birincisi, hüquqi islahatların həyata keçirilməsidir. Təsadüfi deyil ki, XVIII əsr fransız filosofu və tarixçisi Ş.Monteskye dövlət quruluşu və hakimiyyətin bölüşdürülməsindən bəhs edərkən demişdir: "Düzgün qurulmuş dövlətdə vahid hakimiyyət ola bilməz, əksinə, bir-birindən asılı olmayan üç hakimiyyət - icra hakimiyyəti, məhkəmə hakimiyyəti və qanunverici hakimiyyət olmalıdır ".
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqın təkidi ilə yenidən hakimiyyətə qayıtmış Ulu öndərimiz Heydər Əliyev hüquqi islahatların həyata keçirilməsi istiqamətində əzmkar mübarizə yolu tutaraq, ilk öncə zərurət duyulduğu yeni Konstitusiyasının qəbuluna nail oldu. Bu da öz növbəsində hakimiyyət bölgüsü demək idi.
21.09.2017-ci il tarixli saytımızda əldə etdiyimiz məlumata görə, “Məmur qardaşların milyonlar dəyərində olan restoranı” başlıqlı yazımızda əslən Bərdən rayonundan olan, Qanunun tələblərini kobud şəkildə pozaraq, dövlət məmuru olmalarına rəğmən biznes fəaliyyəti ilə məşğul olmalarından yazılmışdır.
Qanunun tələblərindən də göründüyü kimi məmurların sahibkarlıqla məşğul olması qanunla qadağandır. Ancaq burada bir amma var...
Bildiyimiz kimi qanunun rəngləri çoxdur. Dövlət qanunu, cəmiyyət qanunu, təbiət qanunu, şəriət qanunu, insanlıq qanunu... bir də yazılmayan qanunlar. Çox təəsüflər olsun ki, xalq tərəfindən “rənglənmiş” Qanunun axırıncı rənginə real həyatımızda tez-tez rast gəlməyə başlamışıq.
Bəs məmurların sahibkarlıq fəaliyyəti ilə məşğul olması niyə qadağandır? Qanuna bu müddəanın salınmasını vacib edən amil nədir?
Məmurların sahibkarlıq fəaliyyəti ilə məşğul olması qadağasının yaranması dövlətin iqtisadiyyata nəzarət edən, lisenziya verən qurum olmasından irəli gəlir: “Həm də dövlət orqanlarında işləyənlərin hakimiyyət səlahiyyətləri var. Məmurların bu səlahiyyətlərdən sui-istifadə etməsinin qarşısını almaq üçün bütün dünyada bu cür məhdudiyyətlər nəzərdə tutulur. Azərbaycan qanunvericiliyində də belə müddəaların olması hakimiyyət səlahiyyətlərindən şəxsi məqsədlər üçün sui-istifadənin qarşısını almaq naminə edilib. Lakin təəssüf ki, praktikada bu norma kütləvi şəkildə pozulur.
Belə ki, müxtəlif vəzifələrdə təmsil olunan adamların əksəriyyəti sahibkarlıqla məşğuldur. Onlar müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələri öz adlarına rəsmiləşdirməsə də qohumlarının, qaçqınların, məcburi köçkünlərin adına sənədləşmə apararaq faktiki olaraq onlara himayədarlıq edirlər.
Ötən sayımızda vurğuladığımız kimi “Su Səsi” möhtəşəm şadlıq sarayının sahibi olan qardaşlardan biri Bakı şəhəri rayonlarından birinin Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsini daşıyır. Digər qardaşlar da özlərinə görə söz sahibi olan müxtəlif vəzifələri daşımaqdadırlar.
Tutduqları vəzifələr yüksək ranq səviyyəsinə daxil olmasa da, kapital baxımından icra başcılarının qibtə edəcəyi sərvətə malik olan qardaşların ümumi mal dövriyyəsi 10 milyonlar dəyərində ölçülür. Kənd təsərrüfatını vaxtında yaxşı mənimsəmiş qardaşlar digər sahələrdə də uğurlu nəticələr əldə etmişdilər. Bakıda ən bahalı şadlıq saraylarından sayılan “Su səsi” şadlıq sarayı da məmur qardaşların ümumi kapitalına daxildir.
Bu məqamda hamını təcübləndirəcək bir sual meydana çıxır. Bu qədər pulu necə qazanıblar? Məvacibləri min manatı keçməyən məmur qardaşlar qara bazar qiyməti 20 milyonluq restorana necə sahib olublar? Onların digər obyektlərini, villa və təsərüfatlarını da “Su Səsi” şadlıq sarayı birləşdirib cəmləsək ümumi balans 40 milyondan yuxarı olar.
Bir şeyi nəzərə alaq ki, məmurların bizneslə məçğul olması ölkədə ki, inhisarçılıq mühütünün daha da dərinləşməsinə gətirib çıxarır. Çünki məmur fəaliyyəti bizneslə birləşəndə ancaq özünə yaxın və özünə aid olan şirkətlərin daha çox vəsait əldə etməsi, bazarda hegemon olmasına, inhisarçı olmasına və son nəticədə rəqabətli mühütün aradan çıxmasına gətirib çıxarır.
Milli Məclisdə bir neçə ildir ki, Rəqabət Məcəlləsi müzakirə olunub, birinci oxunuşdan keçməsinə baxmayaraq, heç ikinci oxunuşa da çıxarılmır...
İnhisarçılığın tüğyan etməsi hallarına dövlət başçısı da öz çıxışlarında dəfələrlə münasibətini bildirərək, bu istiqamətdə əməli işlər də görməkdədir.

Qarşı tərəfin də mövqeyini də dərc etməyə hazırıq.

Xalq.info

Şərhlər

XƏBƏR LENTİ