SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sayt rəhbəri separatizm dəstəkçiləri ilə bağlı Mədət Quliyevə müraciət etdi

Sayt rəhbəri separatizm dəstəkçiləri ilə bağlı Mədət Quliyevə müraciət etdi

Tarix:

28-09-2017, 09:15

/ 59 755 dəfə oxundu.
Sayt rəhbəri separatizm dəstəkçiləri ilə bağlı Mədət Quliyevə müraciət etdi

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev cənablarına Sozcu.az saytının təsisçisi Elşən Əli oğlu Məmmədov (Əlisoy) tərəfindən

M Ü R A C İ Ə T

İraq dövlətində seperatçı kürdlərin keçirdikləri qondarma müstəqillik referendumundan sonra, Azərbaycanda yaşayan seperatçı meylli kürdlər qol-qanadı açılıb. Feysbuk şəkillərini türk düşməni Məsud Bərzaninin şəkli ilə bəzəyən bu adamların içində dövlət məmurlarının da olması,dövlətin aidiyyəti qurumlarına həmin insanların vəzifəyə təyin edənlərin kimliklərini araşdırmağın nə qədər vacib bir iş olmasını ortaya qoyur.

Bu seperatçıların dəstəkçilərindən biri - Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Füzuli Tanrıverdiyev nəinki qardaş Türkiyənin, İraq dövlətinin özünün də tanımadığı bir qondarma referendumu dəstəkləyir, hətta dövləti təhdid edərək ,“Məni işdən çıxarsalar Pasportumu yandıraram” deyir. Bu adam “Kürdüstan” üçün şəhidlərimizin qanı ilə ərsəyə gələn müstəqil Azərbaycanın pasportunu cırmağa hazırdırsa, gələcəkdə Azərbaycanda baş verə biləcək bölücü oyunların alətinə çevriləcəyi də şübhə doğurmamalıdır.Bunların dəstəklədiyi qüvvələrin nəinki qardaş Türkiyə,tarixi torpaqlarımız olan Türkmən Elinə,hətta vətənimiz Azərbaycana belə ərazi iddiası irəli sürürlər.İstər oyuncaq “Kürdüstan”-ın xəyali xəritəsində,istərsə də bir çox kürd ictimai xadiminin bəyanatlarında Naxçıvan qondarma “Kürdüstan”dövlətinin bir parçası kimi göstərilir.Belə bir separatçı rejimin nə yazıq ki,Vətənimizdə də açıq dəstəkləkçiləri var.

Əgər Azərbaycanda milli hisslərdən uzaq bir qrup bolşevik –daşnak tərəfdarları, millətimizin qanını axıdan, “31 mart soyqırımı” kimi qanlı soyqırım törədən cəlladların- “26 Bakı Komisarı” nın qəbirlərini rahat şəkildə ziyarət edib, dövlətimizin qurucusu olan müsavatçıları “Daşnak-musavat tör-töküntüsü” adlandırıb,bunu çəkinmədən mətbuatda da ifadə edirlərsə, əgər başqa bir qrup Azərbaycana torpaq iddiası irəli sürən kürd seperatizminə dəsətk verib, PKK yandaşı olan Bərzani kimi terrorçuların şəkilini sosial şəbəkələrdə özünün feysbuk şəkli edib, dövləti pasportunu yandıracağı ilə hədələyən insanlar rahat şəkildə istədiklərini edə bilirsə və hətta dövlətimizin ali qurumlarında vəzifə sahibləri ola bilirlərsə, onda maraqlıdır, Dövlətimizn təhlükəsizlik orqanları hara baxır?

Azərbaycan tolerant bir ölkədir,tarixən bir çox xalqlar biz Türklərlə bərabər eyni hüquqda Vətənimizdə yaşayıb və hələdə yaşayırlar.Azərbaycan azsaylı xalqların da Vətənidir.Azərbaycanda hər kəs milli kimliklərini rahat şəkildə ifadə edə bilir,buna qanunlarımızda icazə verir,ictimai rəydə də heç bir narzılıq olmur.

Hər kəs öz milli kimliyi ilə fəxr duya bilər.Lakin bu o demək deyil ki.bu artıq separatizm.bölücülük meyllərinə gətirib çıxarmalıdır.Haqqında danışılan separatizmi dəstəkləyən bu şəxs və şəxlər,Azərbaycan Respublikasına xəyanət edir,separatçılıq qığılcamları yaradır.Təhlükəli və əndişə verici olan budur ki,bu xırda qığılcımlar nə vaxtsa domino effekti yaradaraq böyüyə bilər.

Hörmətli Mədət Müəllim, Azərbaycan Respublikasının bir vətəndaşı olaraq, Sizdən tələb edirəm ki.vəzifə səlahiyyətlərinizdən istifadə edərək Füzuli Tanrıverdiyev və onun kimi kürd sepratizmini dəstəkləyən insanlar haqında ciddi tədbir görəsiniz.

Şərhlər

XƏBƏR LENTİ