SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Akademiyadan xəbərdarlıq: Geomaqnit qasırğası gözlənilir

Akademiyadan xəbərdarlıq: Geomaqnit qasırğası gözlənilir

Tarix:

27-09-2017, 14:49

/ 54 874 dəfə oxundu.
Akademiyadan xəbərdarlıq: Geomaqnit qasırğası gözlənilir

“Hal-hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 1 ilə 2 arasında dəyişir (maksimum 9 olur), lakin 27-28 sentyabr tarixlərində bu indeks artacaq. Bu tarixlərdə geomaqnit həyəcanlanması və hətta G1 (27 sentyabrda) və G2 (28 sentyabrda) sinifli qasırğa gözlənilir (maksimal şkala G5-dir)”.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

Onun sözlərinə görə, geomaqnit həyəcanlanmasının əsas səbəbi Günəş səthində hal-hazırda mövcud olan və orta ölçülü “tac dəliyi”ndən başlanğıcını götürəcək yüksək sürətli Günəş plazma küləyinin təsiri olacaq.

E. Babayev bildirib ki, “Tac dəlikləri”ndən yüklü plazma zərrəciklərı Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya, o cümlədən Yerə planetinə doğru yönəlir: “Hazırda plazma küləyinin sürəti 315 km/saniyədir, lakin 27-28 sentyabr tarixlərində bu sürət kifayət qədər artacaq. Bu gün atmosfer təzyiqinin nisbətən qalxması da müşahidə olunur və bu, neqativ diskomfort effektlərini artırır”.

Şərhlər

XƏBƏR LENTİ