SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Qızına 400 minlik toy edən məmurun kürəkəni ilə qovğasında son gəlişmə

Qızına 400 minlik toy edən məmurun kürəkəni ilə qovğasında son gəlişmə

Tarix:

26-09-2017, 10:23

/ 38 061 dəfə oxundu.
Qızına 400 minlik toy edən məmurun kürəkəni ilə qovğasında son gəlişmə

Bakı Lift İdarəsinin direktoru Qüdrət Şükürovun keçmiş kürəkəni Elşən Əsgərlinin döyülməsi ilə bağlı istintaqa yekunlaşıb
Əldə etdiyimiz məlumata görə, Nəsimi Rayon Polis İdarəsində aparılan iş bu rayon üzrə məhkəməyə göndərilib.
Zərərçəkmiş tibbi ekspertizanın nəticələrini də məhkəməyə təqdim edib. O, Q.Şükürovun təlimatı əsasında döyüldüyünü bildirib.
Məlumata görə, idarə direktoru keçmiş kürəkəninə ismarıc göndərərək barışıq təklif edib. Tərəflərin barışıb-barışmadığı bəlli deyil.
Hadisəyə səbəb isə Q.Şükürovun qızı ilə boşanmış E.Əsgərlinin öz övladını istəməsi olub. O, uşağın saxta sənədlər ölkədən çıxarılacağını eşidən kimi konflikt yaranıb.
Buna cavab olaraq baş liftçi qızı Ayselin ikinci həyat yoldaşı Oqtaya bir neçə nəfəri qoşaraq Elşənin üstünə göndərib.
Onu döyən şəxslərin kimliyi açıqlanmır və həbs edilməyiblər. Bu haqda mətbuatda gedən xəbərlərdə bildirilir.
Bundan acığa düşən E.Əsgərli Q.Şükürovun qızına ikinci toyu etdiyini və 400 min manatlıq xərc çəkdiyini tirajlayıb.
Bu məlumat sosial şəbəkələrdə və mətbuatda bomba kimi partlayıb. Bakı liftlərindən qazandığı pulla varlanmış direktorun qızına dəbdəbəli toy eləməsi bu günə qədər dillərdə əzbərdir.
Hətta məsələyə yuxarılara qədər gedib çıxmışdı. Lakin sehirli əllər Şükürovu qorudu və işdən azad edilmədi.
Yerini rahatlayan baş liftçi sonra mətbuatda barəsində gedən yazıları sildirmək üçün minnətçi düşərək məsələni ört-basdır edib gündəmdən çıxardı. İndisə keçmiş kürəkəninin döyülməsi işi üzrə xəbərlər gəlməkdədir.
Q.Şükürov hazırda vəzifəsi başındadır və işini davsm etdirir. Amma onun “qələmi qırılıb” və postunda çox qalacağı gözlənilmir.
Sadəcə, həmin ərəfədə ajiotajın yatmasını gözlədilər və ictimai qınağa görə işdən azad etmədilər ki, presedent yaranmasın. Hərçənd ki, 400 minlik toyu heç nazirlər balalarına etmirlər.
Məmur qızı Aysel Şükürova öz instaqram səhifəsindən paylaşdığı dəbdəbəli həyatının fotoları ilə məşhurlaşıb.
Bakıda özəl gözəllik salonu işlədən bu xanımın instaqram səhifəsindən paylaşdığı bahalı avtomobillərin, evinin, xarici ölkələrə turist səfərlərinin şəkilləri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Hamı onun belə zənginliyi necə əldə etməsi ilə maraqlanıb.
Onun Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı olduğu məlum olduqdan sonra bu sual cavabını tapıb. Maraqlıdır ki, sosial şəbəkələrdə bu xəbər yayıldıqdan sonra Aysel Şükürova öz instaqram səhifəsini qapadb.
Sual isə öz aktuallığını qoruyur: Bakı Lift İdarəsinin baş direktoru bu qədər varidatı necə əldə edib?
Nəzərə alsaq ki, dövlət Bakıda liftlərin yenilənməsinə milyonlarla dollar ayırdığı halda, binaların əksəriyyətində hələ də köhnə və qəzalı liftlər qalır, onda bu sualın cavabı aydın olar.
Ölkə əhalisinin böyük əksəriyyəti çörək, işıqpulu, kredit və s. bu kimi qayğılarla yaşayarkən məmurlar cah-cəlal içində üzür. 400 min dollara başa gələn toy məclisi, Maldiv adalarında istirahət, bahalı maşınlar, özəl yaxtalar və s.
Özü də bütün bunlar Azərbaycanda oliqarx kimi tanınan nazirlərə yox, ilk baxışdan sıradan bir çinovnik kimi görünən adamlara da aiddir.
Əgər kimsə iddia etsə ki, Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov və onun ailəsinin hər bir üzvü milyonlara sahibdir, buna az adam inanardı. Fakt isə göz qabağında...

Şərhlər

XƏBƏR LENTİ