SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Topuqlu ayaqqabı orqazma sürükləyir

Topuqlu ayaqqabı orqazma sürükləyir

Tarix:

5-02-2017, 22:35

/ 1 895 dəfə oxundu.
Topuqlu ayaqqabı orqazma sürükləyir

Qırmızı dabaları ilə moda dünyasını yandırıb qovuran ayaqqabıların icadçısı Christian Louboutin orgazm və dikdaban ayaqqabı geymək arasında əlaqə olduğunu söylədi.

Qırmızı dabanlarıyla moda dünyasını yandıran ayaqqabıların icadçısı Christian Louboutin, "Bir tanışım yüksək dikdaban ayaqqabı geyildiyində ayağın aldığı şəklin qadınlar orgazm olduqlarında ayaqlarının aldığı şəkil ilə eyni olduğunu söyləmişdi. Yəni dikdaban ayaqqabı geymək özünüzü orgazm olmaq üçün uyğun mövqeyə gətirməkdir" dedi.

Yalnız 2011-ci ildə 600 min cüt ayaqqabı satan Louboutin markasının sahibi müvəffəqiyyətli stilist, "Qadınların yüksək topuqlar üzərində çəkdiyi ağrıya dözmələrinin səbəbi budur" deyə əlavə etdi. Qadınların yüksək dikdaban ayaqqabılarla istədikləri xarakterə bürünə bildiklərini də söyləyən Louboutin, "Dikdaban ayaqqabı ilə utancaq, seksual və ya qəşəng görünə bilərsiniz" deyə danışdı.

Stilist bir müştərisinin özünə, Louboutin ayaqqabıları sayəsində iş tapdığını söylədiyini də izah etdi. Louboutin bu müştərisinin dikdaban ayaqqabılarıyla əldə etdiyi özünə inam sayəsində müdirini təsir edə bildiyini söylədi. Louboutin yaxında öz adını daşıyan bir kitab nəşr edəcəyini də xatırlatdı.

Şərhlər

XƏBƏR LENTİ