SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Hacı Qalibin oğlu həbsdə qaldı

Hacı Qalibin oğlu həbsdə qaldı

Tarix:

20-09-2017, 11:40

/ 56 218 dəfə oxundu.
Hacı Qalibin oğlu həbsdə qaldı

Bu gün Bakı Apellyasiya Məhkəməsində sabiq deputat, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadə barəsində seçilən həbs qətimkan tədbiri qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Qərara əsasən şikayət təmin edilməyib və Ə.Salahzadə həbsdə qalıb.

Qeyd edək ki, Əlihüseyn Salahzadə sentyabrın 13-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs edilərək Kürdəxanı həbsxanasına göndərilib. O, Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə təqsirli bilinir. Ə.Salahzadə “Azərsu”nun əməkdaşına müqavimət göstərməkdə ittiham edilir.

Şərhlər

XƏBƏR LENTİ