yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Dövlət ittihamçısı Nardaran işində mühakimə olunanlara 180 il həbs istəyib

Dövlət ittihamçısı Nardaran işində mühakimə olunanlara 180 il həbs istəyib
19-09-2017, 16:41 52 550 dəfə baxılıb

2015-ci il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində 2-si polis əməkdaşı olmaqla 6 nəfərin öldüyü xüsusi əməliyyatdan sonra həbs olunan və terrorçuluq, kütləvi iğtişaşların təşkili, dövlət çevrilişinə cəhddə günahlandırlan daha 12 nəfərin məhkəməsi yekunlaşır.

Sentyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror “Nardaran işi-3” üzrə mühakimə olunan şəxslərə ümumilikdə 180 il həbs cəzası istəyib, – “Amerikanın səsi” məlumat verir.

Dövlət ittihamçısı deyib ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamlar məhkəmədə sübuta yetirilib. O, təqsirləndirilən şəxslərdən ilahiyyatçı Zülfüqar Mikayılovun 18 il, Ruzi İsmayılovun 16 il, Elman Ağayev, Faiq Allahverdiyev, Mehman Quliyev, Ramil Seyfullayev, Mübariz İbrahimov və Cabir Əliyevin hər birinin 15 il, Əli Hüseynov, Mehman Məmmədov, Eldar Bünyadov və Elxan Həsənovun hər birinin isə 14 il azadlıqdan məhrum edilməsini istəyib.

Vəkillər çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.

Hakim Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası vəkillərə çıxışa hazırlaşmaq üçün sentyabrın 25-nə qədər vaxt verib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: 180, Dovlet, muhakime, ishinde, isteyib, Nardaran, il, olunanlara, ittihamchisi, hebs
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ