SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Lənkəranın icra başçısı məhkəməyə gətiriləcəkmi? - Gəlişmə...

Lənkəranın icra başçısı məhkəməyə gətiriləcəkmi? - Gəlişmə...

Tarix:

3-02-2017, 22:31

/ 2 226 dəfə oxundu.
Lənkəranın icra başçısı məhkəməyə gətiriləcəkmi? - Gəlişmə...

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran hadisəsi" ilə bağlı təqsirləndirilənlər Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Zeynal Ağayevin icraatında olan prosesdə hazırlıq iclası davam etdirilib.

Təqsirləndirilən Elxan Həsənovun vəkili Ramiz Məmmədov vəsatətlər verərək müvəkillinin evində aparılan axtarışın qanunsuz olduğuna görə həmin protokolun sübutlar sıyahısından çıxarılması və onun barəsində mənfi xasiyyətnamə verən Lənkəran rayon icra başçısı Taleh Qaraşovun məhkəməyə çağırılaraq dindirilməsini istəyib.

Digər təqsirləndirilən Elman Ağayevin vəkili Akif Əliyev bildirib ki, müdafiə etdiyi şəxsin evində aparılan axtarış protokolunda hal şahidi kimi tanınan şəxslər digər cinayət işlərində də hal şahididirlər. A.Əliyev cinayət işinə xitam verilməsini istəyib. E.Ağayev isə istintaq zamanı işgəncələrə məruz qaldığını deyib.

Z.Mikayılov çıxış edərək hər zaman dövlətin yanında olduğunu, heç vaxt dövlətçiliyə qarşı çıxmadığını deyib. Onun vəkili Rüstəm Zülfüqarov müvəkkili barəsində olan cinayət işinə xitam verilməsini istəyib.

Məhkəmə prosesi fevralın 6-a davam etdiriləcək.

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində “Müsəlman Birliyi” hərəkatının rəhbəri Taleh Bağırov, Elman Ağayev, Zülfüqar Mikayılov və digərləri saxlanılıb. Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 qəsəbə sakini həlak olub.

Şərhlər

XƏBƏR LENTİ