SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Bakı meriyasında maraqlı oyunlar - İDDİA

Bakı meriyasında maraqlı oyunlar - İDDİA

Tarix:

15-09-2017, 09:34

/ 87 737 dəfə oxundu.
Bakı meriyasında maraqlı oyunlar - İDDİA

Daxil olan məlumata görə Bakı ŞİH-nin şöbə rəisi Vidadi Əliyevin oğlu Coşqun Əliyev Bakı şəhərində “Parkomat idarəsi”nin rəisi vəzifəsinə təyin olunub.
Coşqun Əliyev təyin olunan idarənin rəsmi adı Bakı ŞİH Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi (XTAİ) adlanır.
Bundan əvvəl həmin idarənin rəisi Vidadi Əliyevin sağ əli sayılan Təyyar adlı şəxs olub. Vidadi Əliyevin oğlu həmin idarəyə rəis təyin olunandan sonra Vidadi öz sağ əli olan Təyyarı Bakı şəhər İH-nin İşıqlandırma İdarəsinin rəisi vəzifəsinə təyin etdirib. Və hətta Hacıbala Abutalıbov Bakı şəhər İH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəhbəri Rafael Mehrəliyevə tapşırıq verib ki, yuxarıda adıçəkilən idarələr Vidadi Əliyevin kurasiyasında olduğu üçün, Rafael Mehrəliyev Vidadi Əliyevin işinə qarışmasın.
Vidadi Əliyevin oğlu Coşqun Əliyev general-mayor Xanlar Zeynalovun kürəkənidir.
Keçən il Xanlar Zeynalov Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi vəzifəsindən 17.000 manatlıq qalmaqala görə azad olunub.
Keçən il ölkə mətbuatı yazmışdı ki, Zöhrab Əliyev adlı şəxs bir vətəndaşa 265.000 manat borcu olub və həmin borcun qaytarılması üçün Sabunçu Rayon Məhkəməsinin çıxardığı qərar əsasında Sabunçu rayon icra şöbəsinə verilib. Ancaq Zöhrab Əliyev mətbuata açıqlamasında bildirmişdir ki, Xanlar Zeynalova 17.000 manat rüşvət verdiyi üçün o, həmin vətəndaşa olan borcunu ödəməkdən boyun qaçırır.
Əldə etdiyimiz məlumata görə, Xanlar Zeynalov, Vidadi Əliyev və Rafael Mehrəliyev səbirsizliklə Ziya Məmmədovun Baş nazir postuna təyin olunduğunu gözləyirdilər.
Ancaq Ziya Məmmədov “vurulandan” sonra Vidadi Əliyevin planı dəyişdi. Rafael Mehrəliyevin “krışası” Vidadi Zeynalov da həbs olunandan sonra Rafael Mehrəliyevin başı dərddə olduğundan, Vidadi Əliyev birbaşa Hacıbala Abutalıbova çıxır və yaxın günlərdə Vidadi Əliyevin Rafael Mehrəliyevin yerinə təyinatı olmalıdır.
Əldə etdiyimiz məlumata görə Rafael Mehrəliyev özü də bezib və vəzifədən getmək istəyir. Ancaq Vidadi Əliyevlə şərikli obyektləri onun gözünün qarşısına gəlir. Və o fikirləşir ki, əgər vəzifədən getsə Vidadi Əliyev onunla obyektlərə olan şərikliyini pozacaq.
Daxil olan məlumata görə Vidadi Əliyevlə Rafael Mehrəliyevin şərikli yanacaqdoldurma məntəqələri var. Sədərək ticarət obyektinə gedən yolun üstündə üzbəüz “Lukoil” adlı yanacaqdoldurma məntəqələrinin sahibləri Vidadi Əliyevlə Rafael Mehrəliyevdir.
Bu obyektlərdən savayı redaksiyamıza bu məmurun digər obyektlərinin də siyahısı təqdim olunub. Hətta bir neçə obyektə Vidadi Əliyev və Rafael Mehrəliyevlə bərabər Yasmal rayon İH-nin keçmiş başçısı İbrahim Mehdiyevin də şərikliyi üzə çıxır.
Daxil olan məlumata görə Vidadi Əliyevlə Rafael Mehrəliyevin sponsoru “Məmmədoğulları” şirkətinin rəhbəri və Bakı şəhər İH-nin tenderlər kralı Ramazan Mirzəyevdir.
Bakı şəhər İH-də Vidadi Əliyevin “böyüklüyü” bununla bitmir.
Redaksiyaya daxil olan məlumata görə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin, Kommunal Xidmətlər Müəssisəsi MMC-nin rəhbəri Vidadi Əliyevin doğma xalası oğlu İlqar Hüseynovdur. İlqar Hüseynovun müavini Rüfət Qaraşovdur. Rüfət Qaraşov da Rafael Mehrəliyevin yeznəsidir. İlqar Hüseynov və Rüfət Qaraşovun rəhbərlik etdikləri müəssisədə fəhlələrin əmək haqları üç aydır ki, verilmir.
Bakı şəhər İH-nə məxsus zibil maşınları Rüfət Qaraşov tərəfindən şəxsi adamlara icarəyə verilir ki, həmin şəxslər Bakıda karton qutu yığmaqla məşqul olsunlar. Yığılan karton qutuların bir tonu Sumqayıt şəhərində yerləşən sexə 80 manata satılır. Karton qutular maye halına salınaraq kolbasa məhsullarına və şirin içkilərə qatılır.

Araşdırmamız davam edir.

365İNFO

Şərhlər

XƏBƏR LENTİ