SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Şəhid ailələri generala müraciət etdi - Kömək istədilər

Şəhid ailələri generala müraciət etdi - Kömək istədilər

Tarix:

3-02-2017, 09:17

/ 1 987 dəfə oxundu.
Şəhid ailələri generala müraciət etdi - Kömək istədilər

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bir qrup Qarabağ müharibəsi veteranı, əlili, şəhid ailəsinin şikayəti ilə bağlı Prezidentin Xüsusi Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundova müraciət edib.

Daxil olmuş müraciəti olduğu kimi təqdim edirik:

"Bir qrup Xocalı əlili, şəhid ailələrinin şikayəti ilə bağlı Sizə müraciət edirik.

Qarabağ müharibəsi veteranları, şəhid ailələri, Xocalıda əlil olmuş Natiq Cabbarov, Mehman İsmayılov, Əhməd Yarməmmədov, Mirzə Cabbarov, Faiq İmanov, Mübariz Əliyev, Mətləb Quliyev, Şəhadət Sarıyev onlara qarşı Sizin adınızla bağlanılan haqsızlığın qurbanı olublar. Nəqliyyat nazirliyinin və Bakı şəhər icra hakimiyyətinin razılığı və qərarı ilə 12 il bundan əvvəl onlara 17 saylı avtobus marşrutunun işlədilməsinə şərait yaradılıb. Bu humanist qərar dövlət başçısı cənab İlham Əliyevin Qarabağ müharibəsi veteranları, əlilləri, şəhid ailələrinə daim qayğı göstərilməsinə dair fərman, sərəncam, tapşırıqlarına uyğun olaraq verilib.

Bu adamlar fiziki çətinlikləri ilə bağlı avtobus marşrutunun işini təşkil etmək imkanında olmadıqlarına görə işin təşkilini Fərhad Məmmədov adlı şəxsə etibar ediblər, sənədlər onun adına tərtib olunub. Son bir ilə qədər hər şey qaydasında olub, marşrut işləyib, 10-dan artıq veteran, əlil, şəhid ailəsi əldə olunan gəlirdən müəyyən məbləğdə vəsait alaraq, özlərini dolandırıblar. Bir il əvvəl yuxarıda dediyimiz Fərhad Məmmədov Sizin qohumunuz olduğu, qardaşınızın kürəkəni olduğu və rəhbərlik etdiyiniz idarədə çalışdığı deyilən Etibar adlı şəxsi özünə himayədar götürüb və veteran, əlil, şəhid ailələrini yanından qovub. Bir tikə çörəkdən məhrum edib ki, daha sizə heç nə verməyəcəyəm, mənə heç nə edə bilməzsiniz, arxam möhkəmdir və sair. Fərhad Məmmədov onların hər müraciətinə Sizin və Etibarın adı ilə hədələrlə cavab verir.

Dövlət başçısı cənab İlham Əliyev dəfələrlə bildirib və bu günlərdə bir daha təkrar edib ki, məmurlar xalqa xidmət etməli, insanları incitməməlidir. Biz də prezidentin söylədiklərini əsas götürərək Sizə mürciət edirik. Ondan artıq insanın, müharibə qurbanının haqqını yeyənlər Sizin adınızı hallandırırlar. Xahiş edirik ki, bu məsələyə aydınlıq gətirəsiniz, Sizin adınızdan istifadə edərək, insanlara zülm edilməsinə imkan verməyəsiniz. İnanırıq ki, müraciətimizə diqqətlə yanaşacaqsınız.

Əks halda, həmin şəxslər Qarabağ Azadlıq Təşkilatı üzvlərinin iştirakı ilə yaxın günlərdə Prezident Administrasiyası qarşısında etiraz aksiyalarına başlayacaqlar".

moderator

Şərhlər

XƏBƏR LENTİ