SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İcra məmurundan nazirə şikayət olundu - MƏTN

İcra məmurundan nazirə şikayət olundu - MƏTN

Tarix:

12-09-2017, 12:32

/ 37 779 dəfə oxundu.
İcra məmurundan nazirə şikayət olundu - MƏTN

Cəlilabad rayonunun Maşlıq kənd sakini Xudaverdiyeva Gülər Kamil qızının ədliyyə naziri Fikrət Məmmədova ünvanlı müraciəti daxil olub.

Müraciətdə deyilir:

“Hörmətli cənab nazir!
Bildirmək istəyirəm ki, mən - Xudaverdiyeva Gülər Kamil qızı 1981-ci ildə Cəlilabad rayonunun Maşlıq kəndində anadan olmuşam. 2011-ci ildə rayonumuzun Xəlilli kənd sakini Sadıqov Ruslan İnqlab oğlu ilə ailə həyatı qurdum. 2012-ci ildə Nuray adlı qızımız dünyaya gəldi. Ailədə yaranmış problemlərimizə görə 2013-cü il martın 27-də Cəlilabad rayon Məhkəməsinin 2(073)719/2013 saylı qərarı ilə biz boşandıq və məhkəmə qızım Nuraya atası tərəfindən 93 manat aliment verilməsi ilə bağlı qərara çıxardı. Məhkəmənin qərarından sonra hər ay aliment alsam da, son 9 aydır aliment ala bilmirəm. Cəlilabad rayonunun icra məmurları mənə müxtəlif bəhanələr gətirərək alimenti ödətdirməkdən boyun qaçırırlar. İcraçılar mənə bildirirlər ki, guya keçmiş həyat yoldaşım Ruslan Sadıqov yaşadığı ünvanda yoxdur. Halbuki Ruslan Sadıqov hal-hazırda Cəlilabad rayonunun Xəlilli kəndində yaşayır.
Cəlilabadın icra məmurlarından nazir Fikrət Məmmədova şikayət İcra məmurları heç bir əsas olmadan keçmiş həyat yoldaşımı müdafiə edir və məni intihara sürükləyirlər. Cəlilabad rayon Məhkəməsi tərəfindən verilmiş 2(073)-934/2013 saylı icra vərəqəsinə əsasən Sadıqov Ruslan İnqlab oğlundan müxtəlif adda olan cehiz əşyaları həmçinin 1500 manat dəyərində olan üzük, sep, bilərzik və sırğa, 180 manat dəyərində nişan üzüyü, 180 manat dəyərində bir ədəd üzük, 180 manat dəyərində daha bir ağ qaşlı klonun Ruslan Sadıqovdan alınaraq mənə verlməsini təmin etməkdə borclu olduqlarına baxmayaraq, keçmiş həyat yoldaşımın gizlənməsini bəhanə gətirərək çox ucuz qiymətə olan qızıl-zinət əşyalarını mənə təklif edirlər.
Bu günə kimi həmi icra vərəqəsində dəyəri göstərilən cehiz və qızıl-zinət əşyaları icra vərəqəsində göstərildiyi kimi mənə təqdim edilməmişdir. Xahiş edirəm məhkəmə qərarının icra olunması üçün Cəlilabad rayon Məhkəməsinin icraçılarına müvafiq göstəriş verəsiniz.
Öncədən sizə özüm və ailəm adından minnətdarlıq edirəm”.
Məsələ ilə əlaqədar qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

“Təzadlar”

Şərhlər

XƏBƏR LENTİ