SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Rüfət Aslanlı qeyri-neft sektoruna öz töhfəsini verir? - Məşhur şərab zavodundan görüntülər...

Rüfət Aslanlı qeyri-neft sektoruna öz töhfəsini verir? - Məşhur şərab zavodundan görüntülər...

Tarix:

8-09-2017, 18:39

/ 111 108 dəfə oxundu.
Rüfət Aslanlı qeyri-neft sektoruna öz töhfəsini verir? - Məşhur şərab zavodundan görüntülər...

Biz bir müddətdir ki, ölkənin bank sektorunda baş verənləri diqqət mərkəzində saxlayırıq və bu barədə bir çox araşdırmaları, ekspert açıqlamalarını, cəlbedici informasiyaları dəyərli oxucularımıza təqdim edirik. Maliyyə Bazarlarına Nəzarət Palatası və onun rəhbəri haqqında da bir neçə dəfə saytımızda material gedib və qeyd edək ki, bu heç də hörmətli Rüfət Aslanlıya qarşı hansısa qərəzdən qaynaqlanmayıb. Sadəcə bu gün ölkənin bank-maliyyə sektoruna əsas cavabdehliyi məhz o daşıyır və belə bir intəhasız səlahiyyət sahibinin daim medianın və cəmiyyətin hədəfində olması əslində başadüşülən olmalıdır. Təbii ki, bu qədər mühüm post sahibinin atdığı hər addım, iş bacarığı, həyat tərzi, yüksək elitada və dostların əhatəsində sərgilədiyi davranışlar daha çox diqqətçəkici olur və belə bir personanın hər addımına fikir verməsi zərurəti yaranır. Bəzənsə qeyri-adekvat davranışlar diqqəti cəlb edir və təbii ki, bundan geniş ictimaiyyətin xəbər tutması ciddi rezonans doğurur. Necə ki, onun Fransanın məşhur şərab zavodlarının birində öz adına şərab buraxdırması (yaxud dostlarından hansınınsa ona belə bir sürpriz etməsi) və dostları ilə əyləncələr zamanı aşırı tələbxərclik etməsi də cəmiyyətin diqqətindən yayınmadı...
Görünür elə buna görədir ki, Fransada yaşayan soydaşlarımızdan biri həm oxucularımıza, həm də elə Rüfət Aslanlıya maraqlı sürpriz etmək istəyib. Hər halda onun həmin məşhur şərab zavodunda üzərində “Meyson Aslanlı” yazılmış şərab şüşələrinin istehsalı və qablaşdırılması prosesini əks etdirən videokadrları Moderator.az-a göndərməsinə ancaq bu cür məna vermək mümkündür.
Təbii ki, çoxları bunu Rüfət Aslanlıya minus gətirən bir məqam kimi təqdim etməyə çalışacaq. Ancaq biz fərqli düşünürük. Qeyri-neft sektorunun inkişafına hər birimizin töhfə vermək borcumuz var və ola bilsin maliyyə bazarlarına nəzarət məsələsində arzularını, istəklərini reallaşdıra bilməyən hörmətli Rüfət müəllim şərab istehsalında da şanslarını sınamaq istəyib. Ancaq yaxşı olardı ki, Fransa şərablarının üzərində deyil, Azərbaycanda istehsal olunan və Avropa bazarlarında müştərilərin havada qapdığı şərabların üzərində hörmətli palata rəhbərinin imzası olaydı. O zaman hamı belə bir qədirbilənliyə əhsən deyərdi və gerçəkdən də adı dillər əzbəri olar, minnətdarlıqla qarşılanardı.
Gəlin tələsməyək. Kim bilir, bəlkə Rüfət Aslanlının şərab hobbisi sabah bu gün röya kimi görsənən arzularımızın da çin olması ilə nəticələnəcək. İndidən gəlin qaradabanlıq edib onun bu həvəsini söz-söhbətə çevirməyək...

Rüfət Aslanlı qeyri-neft sektoruna öz töhfəsini verir? - Məşhur şərab zavodundan görüntülər...
Rüfət Aslanlı qeyri-neft sektoruna öz töhfəsini verir? - Məşhur şərab zavodundan görüntülər...

moderator.az

Şərhlər

XƏBƏR LENTİ